Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bədxahların müsəlman xalqları üçün qurduğu planlara qarşı sayıq olmaq lazımdır!

Bu gün (cümə günü) günortadan sonra Ali Məqamlı Rəhbərlə görüşən dövlət rəsmilərindən biri də Sudan Respublikasının prezidenti cənab Ömər Əlbəşir oldu.

Görüş zamanı Həzrət Ayətullah Xamenei regionun müsəlman ölkələrinin mühüm məsələlərlə bağlı daha artıq fəallıq nümayiş etdirməli olduqlarını vurğulayaraq dedi: “Qoşulmama Hərəkatı müstəqil müsəlman dövlətlərinin öz bacarıqlarından istifadə edərək regionun problemlərinə, o cümlədən Fələstin və Suriya məsələlərinə təsir göstərmələri, təşəbbüsü ələ almaları üçün gözəl bir imkandır”.

Bədxahların müsəlman xalqları üçün qurduğu məkrli planlara qarşı sayıq olmağın vacibliyini də qeyd edən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Diqqətli olmalıyıq  ki, yaranan vəziyyətin dərkində və təhlilində səhvə yol verməyək”.

Görüş əsnasında Sudan Respublikasının prezidenti cənab Əlbəşir Qoşulmama Hərəkatının Tehran sammitinin uğurlu gedişindən məmnunluğunu ifadə edərək bildirdi ki, regionun problemləri, o cümlədən Fələstin və Suriya məsələləri hərəkatın potensialından yararlanmaqla həll edilməli olan mühüm və narahatedici məsələlər sırasındadır.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /