Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Əlcəzair dövləti həmişə müqavimət cəbhəsində yer alan yaxşı bir şərik olub

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Əlcəzairin parlament sədri cənab Əbdülqadir bin Salehlə bu gün (cümə günü) günortadan sonra baş tutan görüşü zamanı Əlcəzair xalqının inqilabi keçmişini, antiimperialist hərəkatını yüksək dəyərləndirərək dedi: “İslam İnqilabının qələbəsindən sonra Əlcəzair dövləti həmişə müqavimət cəbhəsində yer alan yaxşı bir şərik olub”.

Əlcəzairin Qoşulmama Hərəkatında effektiv rol oynaya biləcəyini vurğulayan Ali Məqamlı Rəhbər dedi: “İran və Əlcəzair arasında iqtisadi, siyasi və mədəni əlaqələrin genişləndirilməsi üçün imkanlar çoxdur. Bu imkanları reallaşdırmaq lazımdır”.

Görüş zamanı Əlcəzair parlamentinin sədri cənab Əbdülqadir bin Saleh qeyd  etdi ki, hazırkı şəraitdə müxtəlif ölkələrin dövlət başçılarının və yüksək vəzifəli rəsmilərinin Tehranda olması çox böyük məna və əhəmiyyətə malikdir. O dedi: “İranla əlaqələrini daha artıq genişləndirməyi Əlcəzair də istəyir. Müştərək komissiyaların təşkili ilə bu məsələni reallaşdırmaq lazımdır”.




Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /