Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Amerika və Qərb dövlətləri ayaq basdıqları hər yerə şər, fəsad və qeyri-sabitlik gətirirlər

Pakistan Respublikasının prezidenti ilə görüşündə Ali Məqamlı Rəhbər terrorizmi Qərb tərəfindən region xalqlarına zorla yük edilmiş əziyyət verici bir varlıq adlandıraraq dedi: “Amerika və Qərb dövlətləri ayaq basdıqları hər yerə şər, fəsad və qeyri-sabitlik gətirirlər”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, terrorizmə qarşı mübarizə üçün müsəlman ölkələrinin bir araya gəlməsi və Qoşulmama Hərəkatının imkanlarından istifadə olunması vacibdir. O dedi: “Böyük dövlətlərin zorakılığı və hegemonluğu qarşısında hamımız məsuliyyət hiss etməli və buna qarşı mübarizə aparmalıyıq”.

İranlıların müsəlman, mömin, səmimi və mədəni bir xalq olan Pakistan xalqına xoş duyğularla və müsbət yanaşdıqlarını xatırladan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Ümidvarıq ki, Pakistana zorla yük edilmiş problemlər Allahın köməyi ilə sona çatacaq”.

Cənab Asəf Əli Zərdari də iki xalq arasında dərin və doğma münasibətlərin mövcud olduğunu qeyd edərək İslamabadın bu əlaqələri genişləndirməyə səy göstərdiyini bildirdi. O dedi: “Sizin birlik və mübarizliklə bağlı irəli sürdüyünüz müdrik ideyaları biz tamamilə qəbul edirik”.

Pakistan prezidenti liderlərin zirvə toplantısının yüksək səviyyədə və uğurla keçirilməsinə görə Ali Məqamlı Rəhbərə qədirdanlığını ifadə edərək dedi: “Bu sammit dünya ictimaiyyətinə problemlərini necə həll etməli olduqlarını göstərir”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /