Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Dost ölkələrin birliyi onların nüfuzunu gücləndirir, milli mənafelərini təmin edir

Ali Məqamlı Rəhbər Şri-Lanka Respublikasının prezidenti ilə bu gün (cümə günü) günortadan sonra keçirdiyi görüş zamanı bildirdi ki, dost ölkələrin birliyi onların nüfuzunu möhkəmləndirir, qüdrətini artırır və milli mənafelərini təmin edir.

Həzrət Ayətullah Xamenei işğalçı dövlətlərin siyasi və media təbliğatına toxunaraq dedi: “Onlar özlərini məğlubedilməz kimi qələmə verməyə çalışırlar, lakin İran və Şri-Lankanın təcrübəsi göstərir ki, istismarın və müstəmləkəçilərin qarşısında duruş gətirib mübarizə aparmaq mümkündür”.

“Şri-Lankanın Fələstin xalqını dəstəkləməsi və ərazisindəki müsəlmanların hüquqlarına ehtiramla yanaşması bu ölkənin diqqətəlayiq addımlarındandır” – deyən Ali Məqamlı Rəhbər bildirdi ki, Şri-Lanka prezidentinin iki ölkə arasındakı əlaqələrin genişləndirilməsinə maraq göstərməsini və bu məsələni vurğulamasını alqışlayır.

Görüş zamanı cənab Mahinda Raca Paqsa da Qoşulmama Hərəkatının liderlərinin Tehran sammitində etdiyi çıxışa görə Ali Məqamlı Rəhbərə qədirdanlığını ifadə edərək dedi: “Cənabınızın Orta Şərqin nüvə silahından təmizlənməsi ilə bağlı irəli sürdüyü təklif və Fələstinlə əlaqəli səsləndirdiyi fikirlər olduqca diqqətəlayiq idi”.

Şri-Lanka Respublikasının prezidenti ölkəsinin terrorizmlə mübarizə, ərazisindəki müsəlmanların hüquqlarını təmin etmək istiqamətində göstərdiyi səylərə toxunaraq dedi: “Əminik ki, sizin köməyinizlə əksər problemlərin öhdəsindən gələcəyik”.

İki ölkənin əczaçılıq  sənayesi, kənd təsərrüfatı və inkişaf layihələri sahəsindəki əməkdaşlığına toxunan qonaq bu əlaqələrin hərtərəfli surətdə genişləndirilməsini arzu etdiyini bildirdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /