Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Suriyada baş verən kədərli olaylara səbəb olan əsas və pərdəarxası amillər Amerika və İsraildir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei həmçinin Suriya prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (cümə günü) səhər baş tutan görüşündə qeyd etdi ki, Suriyada baş verən kədərli olaylara səbəb olan əsas və pərdəarxası amillər Amerika və İsraildir. O vurğuladı: “Sözsüz ki, Qoşulmama Hərəkatının Suriyadakı məsələlərə siyasi müdaxilə etməyə Amerika, NATO və bəzi Qərb ölkələrindən daha çox haqqı çatır”.

Suriyanın hazırkı vəziyyətinin, bu ölkədəki insan qırğının davam etdirilməsinin qəbuledilməz olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Suriya hadisələrinin əsas müqəssiri o şəxslərdir ki, bu ölkəyə silahların sel kimi gətirilməsi, məsuliyyətsiz qruplaşmalara maliyyə dəstəyinin verilməsi üçün şərait yaradıblar”.

Müxalif qruplara silah paylanmasının, maliyyə və təbliğat baxımından dəstək verilməsinin istənilən ölkədə analoji situasiyanın yaranmasına səbəb olacağını deyən Həzrət Ayətullah Xamenei vurğuladı: “Bu gün Avropa dövlətlərində də etiraza qalxmağa cəhd göstərən siyasi müxaliflərə pul və silah verilsə, heç şübhəsiz, həmin ölkələrdə də Suriyadakı vəziyyət yaranar”.

Hazırkı olaylarda Suriya hökumətinin zülmə məruz qaldığını vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Suriya hökuməti müxalif qüvvələrin, bəhanə axtaranların hər cür bəhanəsini kəsmək, siyasi islahatları davam etdirməklə yanaşı, mövcud şəraitin reallığını, Suriyada oynanılan oyunun pərdəarxasını ərəb dünyasının ictimaiyyəti üçün izah və ifşa etməlidir”.

Görüş zamanı Suriyanın baş naziri cənab Vail Nadir Əlhəlqi İran İslam Respublikasının tutduğu mövqeyə görə Ali Məqamlı Rəhbərə qədirdanlığını bildirərək ona Suriya prezidenti cənab Bəşşar Əsədin salamlarını çatdırdı. Baş nazir ölkəsindəki son vəziyyətlə bağlı məlumat verdi.

Qoşulmama Hərəkatının Suriya məsələsinə münasibətdə fəallaşmalı olduğunu vurğulayan cənab Əlhəlqi dedi: “Suriya hökuməti terrorçu qruplaşmalara qarşı mübarizə aparmaqda, ölkənin müxtəlif məntəqələrini onlardan təmizləməkdə, eyni zamanda siyasi islahatları və milli danışıqları davam etdirməkdə qərarlıdır”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /