Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran İraqın inkişaf və iqtidarını öz mənafeyinə uyğun hesab edir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İraqın baş naziri cənab Nuri Maliki və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə regionda gedən proseslərə, o cümlədən Suriya və Bəhreyn hadisələrinə toxunaraq vurğuladı: “İran İslam Respublikası Qoşulmama Hərəkatının, İraq isə Ərəb Birliyinin sədri olaraq, bu qurumların imkanlarından regionda gedən proseslərə ciddi və düzgün təsir göstərmək istiqamətində istifadə edə və bu müstəvidə mühüm rol oynaya bilərlər”.

O, əlavə etdi: “Qoşulmayanlar Hərəkatı Suriya məsələsinə siyasi müdaxilə edərək təşəbbüsü ələ almalı və hazırkı vəziyyətə son qoymalıdır”.

Düşmənlərin Suriyada şiə-sünni müharibəsinin getdiyi barədə qara piar apardıqlarına toxunan Həzrət Ayətullah Xamenei dedi: “Suriyadakı olayların reallığı Amerika başda olmaqla bəzi digər dövlətlərin İsrail rejiminin mənafeyini təmin etmək, regiondakı müqavimət hərəkatına zərbə vurmaq məqsədi ilə bu ölkədə öz əvəzlərinə kimlərinsə əli ilə hökumətə qarşı müharibə aparmalarından ibarətdir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Ortada Suriya xalqı bu məkrli planın oyuncağına və qurbanına çevrilib. Bu vəziyyətə mümkün qədər tez son qoyulmalıdır”.

Ali Məqamlı Rəhbər həmçinin İraq məsələsinə də toxunaraq dedi: “İran İslam Respublikası İraqın inkişafını və iqtidarını öz mənafeyinə uyun hesab edir və inanır ki, iki ölkə arasındakı əlaqələr regionda örnəyə çevrilə bilər”.

İraq daxilindəki partiyaların birlik və əməkdaşlığından sevinc duyduğunu bildirən Ali Məqamlı Rəhbər əlavə etdi: “Region ölkələri, həmçinin İraqın daxilindəki bütün siyasi partiya və cərəyanlar bilməlidirlər ki, amerikalılar etibar doğura biləcək şərik deyillər və lazım bildikləri anda, heç şübhəsiz, verdikləri bütün sözləri və qərarları ayaq altına atıb xəyanət edəcəklər”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Amerikanın etibarlı şərik ola biləcəyi yeganə dövlət qondarma və qəsbkar İsrail rejimidir”.

Görüş zamanı İraqın baş naziri cənab Nuri Maliki İraqın daxilindəki vəziyyətlə bağlı açıqlamalar verərək dedi: “Allahın lütfü sayəsində, İraq əksər problemləri arxada qoya, yenidənqurma və inkişaf yolunu tuta bilib. Bu yolda İraqın İran İslam Respublikasının təcrübəsinə ehtiyacı var”.

Suriyadakı vəziyyətdən, xarici qüvvələrin Suriyaya müdaxilə etməsindən, ölkədə “Əlqaidə” və digər ekstremist cərəyanların genişlənməsindən, bunun qonşu ölkələrə təsir edə biləcəyindən güclü narahatlıq hissi keçirdiyini deyən cənab Maliki əlavə etdi: “Qoşulmama Hərəkatı Suriya məsələsinin həllində təşəbbüsü ələ almalıdır”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /