Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Biz həqiqi qüdrəti nüvə silahında yox, milli iradənin gücləndirilməsində görürük!

Zimbabve Respublikasının prezidenti bildirdi ki, İranın Qoşulmama hərəkatına sədrlik etməsi ədalət, azadlıq və istiqlal tələb edən ölkələrə 4 cəhətdən ümid vermiş çox yaxşı bir xəbərdir.

Bu gün (cümə axşamı) günortadan sonra Həzrət Ayətullah Xameneinin görüşünə gələn cənab Muqabu Ali Məqamlı Rəhbərin sammitin açılış iclasında etdiyi çıxışın yüksək səviyyəli, öyrədici, dərin fəlsəfi məqamları ehtiva edən stimulverici  bir çıxış olduğunu dedi.  O, əlavə etdi: “Biz çox şadıq ki, hərəkatın sədrliyi Qərbin imperialist dövlətlərinə qarşı mübarizədə parlaq təcrübəyə imza atmış bir ölkəyə həvalə olunub”.

Zimbabve Respublikasının prezidenti qeyd etdi ki, İranın Qoşulmama Hərəkatına sədrlik etməsi xəbərinin öz azadlığı uğrunda mübarizə aparan ölkələri sevindirməsinə daha bir dəlil İslam Respublikasının inqilabi fəlsəfəyə malik olması, söz və şüarlara deyil, əməli tədbirlərə əsaslanmasıdır. O dedi: “İranın bu statusu ikitərəfli əlaqələrin genişləndirilməsi üçün də gözəl bir fürsət hesab oluna bilər”.

Qərb dövlətlərinin insan haqlarının, qanun və demokratiyanın müdafiəsi barədə söylədikləri ağ yalanları kəskin tənqid edən cənab Muqabu əlavə etdi: “Amerika, İngiltərə və Fransanın keçmişi, onların Orta Şərq regionunda gedən dəyişikliklərə münasibətdə ikili davranışları göstərir ki, qərblilərin dərdi yalnız neft mənbələridir”.

Qərbin Suriyadakı davranışını İslam Respublikasını zəiflətmək planı kimi dəyərləndirən Zimbabve prezidenti əlavə etdi: “Qərblilərin İranı nüvə silahı əldə etmək cəhdində ittiham etməsi çox gülüncdür”.

Zimbabve Respublikasının prezidentini dinlədikdən sonra Ali Məqamlı Rəhbər bu ölkənin davamlı inqilabi ruhiyyəyə malik olmasını yüksək dəyərləndirdiyini bildirərək dedi: “Təxminən 25 il əvvəl Qoşulmama Hərəkatının Hərarədə keçirilən iclasında iştirak edirdim. O zaman da siz eyni inqilabi əhval-ruhiyyə ilə vurğuladınız ki, Qoşulmama Hərəkatının bütün üzvləri ancaq danışırlar, təkcə İran İslam Respublikası iş görür.  Budur, hal-hazırda əl-ələ verib hərəkatın bütün üzvlərini əməli iş görməyə dəvət etmək və istiqamətləndirmək üçün fürsət yaranıb”.

Ali Məqamlı Rəhbər həmçinin iki ölkə arasındakı münasibətlərin genişləndirilməsini də alqışladığını bildirərək dedi: “Biz həqiqi qüdrəti nüvə silahında yox, milli iradənin gücləndirilməsində, elmi və sosial nailiyyətlərin əldə olunmasında görürük”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /