Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran öz qonşularına münasibətdə dostluq və əməkdaşlıq siyasəti yürüdür!

Ali Məqamlı Rəhbər Türkmənistan prezidenti ilə bu gün (cümə axşamı) günortadan sonra baş tutan görüşündə bildirdi ki, İran İslam Respublikası öz qonşularına münasibətdə dostluq və əməkdaşlıq siyasəti yürüdür.

Münasibətlərin genişləndirilməsini alqışladığını bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hər iki ölkənin geniş və çoxcəhətli potensialı əməkdaşlıqların genişləndirilməsi üçün şərait yaradır”.

Türkmənistanın inkişafından sevinc duyduğunu ifadə edən Ali Məqamlı Rəhbər dedi: “Ölkələrimizin müxtəlif məsələlər, o cümlədən Xəzər dənizi ilə bağlı müştərək mənafeyi əlaqələrin mümkün qədər çox genişləndirilməsi üçün əsas rolunu oynaya bilər”.

Görüş zamanı cənab Berdiməhəmmədov da Türkmənistan xalqının səmimi salamlarını çatdıraraq dedi: “Öz böyük qonşumuzla əlaqələri mümkün qədər çox genişləndirmək üçün bütün səylərimizi fəxrlə səfərbər edəcəyik”.

Qoşulmama Hərəkatının Tehran sammitinin son dərəcə əhəmiyyətli olduğunu qeyd edən Türkmənistan prezidenti dedi: “Heç şübhəsiz, sammitin nəticələri üzv ölkələrin inkişaf tempinə öz müsbət təsirini göstərəcək”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /