Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Amerika yalnız İsrail üçün etibarlı şərik ola bilər!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Hindistanın baş naziri Man Muhan Sinq və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə günü) günortadan sonra baş tutan görüşündə İran və Hindistan dövlətləri arasındakı mədəni, emosional, sivil və tarixi əlaqələrin keçmişinə toxunaraq aşağıdakıları vurğuladı: “İran xalqı Hindistana daim müsbət yanaşıb. Bütün bunlar iki ölkə arasındakı əlaqələrin əvvəlkindən də artıq genişləndirilməsi üçün çox münasib zəmindir”.

Ali Məqamlı Rəhbər Hindistanın böyük, əhəmiyyətli, elmi və iqtisadi cəhətdən gözəl nailiyyətlər  əldə etmiş bir dövlət olduğunu qeyd edərək dedi: “İran xalqı İslam İnqilabının qələbəsindən sonra, xüsusilə də son illərdə elmi, iqtisadi və sosial sferada, bəlkə də, ötən bir neçə əsr ərzində görünməmiş bir çox işlər həyata keçirib”.

İran və Hindistan arasında hərtərəfli əlaqələrin dərinləşdirilməsi üçün lazımi zəminlərin mövcud olduğunu bildirən Həzrət Ayətullah Xamenei  aşağıdakıları vurğuladı: “İki ölkə arasında özəlliklə ticarət və infrastruktur sahəsində etibarlı əməkdaşlıqlar qurmaq mümkündür”.

Beynəlxalq arenadakı şəriklərin əməkdaşlığına etimad göstərməyin mümkünsüz olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Həmin etibar doğurmayan şəriklərdən biri Amerikadır. Amerika yalnız bir dövlət üçün inanılmış şərik ola bilər ki, o da İsraildir.

Ali Məqamlı Rəhbər həmçinin regionda, xüsusilə də Suriya və Əfqanıstanda gedən proseslərə münasibətdə İran və Hindistanın mövqeyinin eyni xətt üzrə olduğunu qeyd edərək vurğuladı: “İran və Hindistan regional problemlərlə bağlı əməkdaşlıqlarını genişləndirə bilərlər”.

Ali Məqamlı Rəhbər Hindistanın sabitliyinin, suverenliyinin və iqtidarının İslam Respublikası üçün mühüm olduğunu qeyd edərək dedi: “Ümidvaram ki, İran Qoşulmama Hərəkatına sədrlik edəcəyi üçillik dövr ərzində Hindistanın həmkarlığı ilə bu hərəkatın mühüm qlobal və regional məsələlərin həllində effektiv rol oynaması üçün zəmin yarada biləcək”.

Ölkə başçısı Mahmud Əhmədinejadın da iştirak etdiyi görüş əsnasında Hindistanın baş naziri cənab Man Muhan Sinq İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə görüşündən məmnunluğunu ifadə edərək İran və hind xalqlarının sivil-mədəni keçmişinə, iki xalq arasındakı tarixi əlaqələrə toxunaraq dedi: “Hindistan İran İslam Respublikası ilə müxtəlif sferalarda, o cümlədən enerji və infrastruktur təsisatları sferasında əlaqələrini genişləndirmək niyyətindədir”.

İran prezidenti ilə aparılan müzakirələr zamanı əldə edilmiş razılaşmalara toxunan baş nazir dedi: “Bu müzakirələr çərçivəsində iki ölkə arasındakı əlaqələrin əvvəlkindən də artıq genişləndirilməsi üçün zəmin yaradacaq razılaşmalar əldə olunub”.

Hindistanın baş naziri həmçinin regionda, özəlliklə Suriya və Əfqanıstanda gedən proseslərə toxunaraq vurğuladı: “Hindistan Suriyaya istənilən xarici müdaxilənin əleyhinədir və bu ölkədəki böhranın həlli yolunun yalnız Suriyaya aid ola, Suriya xalqının rəyinə əsaslana biləcəyini düşünür”.

Cənab Man Muhan Sinq dedi: “İranın Qoşulmama Hərəkatına sədrlik edəcəyi dövr ərzində Hindistan bu hərəkatın qlobal və regional problemlərin həllində real rol oynaması üçün əlindən gələni edəcək”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /