Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Sionizm bütün bəşəriyyət üçün təhlükədir!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) xalqın müxtəlif təbəqələrini təmsil edən bir qrup insan, hökumət nümayəndələri və müsəlman ölkələrinin Tehrandakı səfirləri ilə görüşdü. Görüş zamanı Ali Məqamlı Rəhbər regionun hazırkı həssas və taleyüklü şəraitini düzgün qiymətləndirməyin, imperialist cəbhəsinin son dərəcə dolaşıq hiylə və planlarına qarşı sayıq olmağın vacibliyini vurğuladı. O dedi: “İslam dünyasının başlıca problemi Qüdsi-Şərif və islami oyanışın bərəkəti sayəsində önə çəkilmiş məzlum Fələstin mövzusudur. Müsəlmanların bu başlıca problemini gizlətmək, İslam ümməti arasına ixtilaf salmaq yolu ilə yalançı reallıq görüntüsü yaratmaq düşmənlərin həyata keçirdiyi təhlükəli bir plandır. Bütün müsəlman dövlətləri və xalqları, mədəniyyət və siyasət xadimləri bu məkrli plana qarşı ehtiyatlı olmalıdırlar”.

Müsəlman dövlətləri və xalqlarının uzun illər boyu qəflət içində olduqlarını, imperialist dövlətlərin onların müqəddəratına ağalıq edərək İslam dünyasının tam qəlbində xərçəng şişi kimi məhvedici olan İsrail dövlətini yaratdıqlarını deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İslami oyanışın və regionda baş verən mühüm hadisələrin bərəkəti sayəsində, bu gün o qəflət pərdəsi kənarlaşmaqdadır. Bunu lazımınca dəyərləndirmək lazımdır”.

Fələstin və Qüds mövzusunun regionda gedən hazırkı proseslərin mərkəzində yer aldığını vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu başlıca mövzu yaddan çıxarılmamalı, arxa plana keçirilməməlidir. Çünki İslam dünyasının əksər problemləri qondarma sionist rejiminin varlığı ilə bağlıdır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “İslami oyanışın bərəkəti sayəsində, bu il ümumdünya Qüds günü yürüşündə region xalqları Fələstin hadisəsi ilə bağlı mövqelərini dünyaya bəyan etməyi bacardılar”.

Düşmənin müsəlmanların əsas problemini gizlətmək üçün qurduğu dolaşıq xarakterli hiylə və planlara toxunan Həzrət Ayətullah Xamenei dedi: “Bu gün imperialist dövlətləri bir daha öz köhnə metodlarını – “Parçala və hökmranlıq et!” prinsipini işə salıblar. Odur ki müsəlman dövlətləri və xalqları, xüsusilə də mədəniyyət və siyasət xadimləri, ziyalıları, din alimləri həqiqəti və reallığı müsəlmanlar üçün açıqlamalıdırlar”.

Sionizmi bütün bəşəriyyət üçün təhlükə adlandıran Ali Məqamlı Rəhbər əlavə etdi: “Düşmənin etnik qruplar, irqlər və məzhəblər arasında təbii olan fikir ayrılıqlarını şişirdərək müsəlmanlar arasına ixtilaf salmağa, özündən reallıqlar qondararaq yalançı təhlükələr yaratmağa çalışdığı şəraitdə İslam ümməti bütün əzmini və səylərini İslama əməl etmək, vəhdət və qardaşlığı qoruyub möhkəmlətmək, Amerika başda olmaqla böyük dövlətlərin iradəsindən imtina etmək üzərində cəmləməlidir”.

Müsəlman xalqları arasında ixtilafın öldürücü zəhər olduğunu deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Müsəlmanların meyarları və düşmənin mövqeyi həmişə aydın olmalıdır. O tərəf, sözsüz ki, batil cəbhəsidir, qarşısında isə haqq cəbhəsi yer alıb”.

Görüşün əvvəlində ölkə başçısı cənab Mahmud Əhmədinejad Ramazan ayını insanın özünü ibadətə alışdırması, Tanrı dərgahında yüksəlişi, ruhunun və bədəninin çirkinlikdən, bəyənilməyən asılılıqlardan təmizlənməsi, ilahi fitrətə qayıdışı, mükəmməlləşməsi  üçün müstəsna bir şərait, günahlardan çəkinmə meydanı adlandırdı.

Böyük İran xalqının öz ölkəsinin quruculuğu, təməl hüquqlarının təmin olunması yolunda zərrə qədər belə olsun tərəddüd keçirməyəcəyini vurğulayan ölkə başçısı dedi: “İmperialistlər süqut uçurumunun başındadırlar. Tamahkarlıq, zülm, xalqların hüquqlarına təcavüz etmək kimi əməlləri üzərində israr etmələri onları xilas etməyəcək”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /