İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) günortadan sonra yüzlərlə vüqarlı azadə ilə görüşdü (İran İslam Respublikasında İslam İnqilabı uğrunda mübarizə və Müqəddəs Müdafiə illərində ölkədə, yaxud xaricdə həbsdə və ya əsirlikdə olmuş, daha sonra azadlığa qovuşmuş şəxslər azadə statusu daşıyır – red). Görüş zamanı Ali Məqamlı Rəhbər yenidən bir neçə gün öncə Şərqi Azərbaycanın bəzi bölgələrində baş vermiş zəlzələ nəticəsində ziyan çəkən insanlarla həmdərd olduğunu ifadə edərək Qüds məsələsini İslam dünyasının əsas problemi adlandırdı. O vurğuladı: “Allahın fəzli sayəsində, müsəlman İran xalqı builki Qüds günündə də öz davranışı ilə İslam dini və Fələstinin düşmənlərinin ağzından möhkəm bir yumruq vuracaq!”
Həzrət Ayətullah Xamenei bildirdi ki, müsəlman Fələstin torpaqlarının işğalı, bu ərazilərdə sionistlərin məskunlaşdırılması ilə Orta Şərqin siyasi xəritəsinin üzdəniraq şəklə salınmasının əsası qoyuldu və bu, region xalqlarının on illərlə davam edən problemlərinin kökü oldu. O dedi: “Bu məkrli plan olmasaydı, bütün bu müharibələr, ixtilaflar, hegemon və işğalçı dövlətlərin müdaxiləsi də ortaya çıxmazdı!”
Ali Məqamlı Rəhbər əlavə etdi: “Sionistlər və onların havadarları Fələstin məsələsini dünya ictimaiyyətinə unutdurmaq üçün çox çalışırlar. Lakin İslam dünyası bu məkrli və aldadıcı plana qarşı mübarizə aparmalıdır!”
Ali Məqamlı Rəhbər islami hərəkatın ortaya çıxmağa başladığı ilkin dövrlərdən etibarən İmam Xomeyninin (r.ə) Fələstin məsələsinə xüsusi diqqət ayırdığını, bu problemi daim vurğuladığını xatırladaraq dedi: “İslam İnqilabının qələbəsi müstəmləkəçilərin Fələstinin işğalını unutdurmaq səylərini tarixi bir maneə ilə üz-üzə qoyub”.
Fələstin məsələsini unutdurmaq istiqamətində göstərilən bəzi səylərə toxunan Ali Məqamlı Rəhbər dedi: “Sünni-şiə problemini, “şiə hilalı” məsələsini məhz bu çərçivədə ortaya atırlar. Halbuki 60 ildir ki, Fələstin xalqı bu insanların gözü önündə təzyiqlərə məruz qalır, onlardan isə heç bir səs çıxmır”.
Ali Məqamlı Rəhbər aşağıdakı sualı irəli sürdü: “Fələstin məsələsini yenidən gündəmə gətirmiş İslam Respublikasının adını İslam dünyası üçün təhlükə kimi hallandırmaq, sionistlərin törətdiyi faciələrin qarşısında susmaq xəyanət deyilmi?”
İran xalqının Fələstin məsələsi və Qüdsi-Şərifi unutdurmaq planına qarşı mübarizəni davam etdirəcəyini vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Qüds məsələsi bizim üçün taktiki yox, dərin islami etiqadımızdan qaynaqlanan bir məsələdir və biz bu müsəlman ölkəsini qəsbkar sionistlərin, eləcə də onların beynəlxalq arenadakı havadarlarının işğalçı cəngindən xilas etməyi öz dini vəzifəmiz hesab edirik. Başqa müsəlman dövlətləri və xalqları da Fələstin məsələsinə məhz bu prizmadan yanaşmalıdırlar”.
Ali Məqamlı Rəhbər vurğuladı: “Ümid sabahının ulduzu bir dəfə İslam İnqilabının qələbəsində, bir dəfə Müqəddəs Müdafiə kimi tarixi qəhrəmanlıq salnaməsində və bir dəfə də azadələrin qayıdışında parladığı kimi, Allahın köməyi ilə, Fələstin məsələsində də ümid şəfəqi parlayacaq. Bu müsəlman diyarı, hökmən, Fələstin xalqına qayıdacaq və yalançı, qondarma sionist törəməsi dünya coğrafiyasından silinəcək”.
Çıxışının digər qismində Həzrət Ayətullah Xamenei Şərqi Azərbaycan vilayətinin bəzi bölgələrində baş vermiş son zəlzələni, dəyərli həmvətənlərimizdən bir qisminin həlak olmasını acı, kədərli, bütün İran xalqını dərdə boğan hadisə adlandıraraq rəsmilərə və əhaliyə təbii fəlakətdən zərər çəkmiş insanların əzab-əziyyətini azaltmaq üçün onlara yardım etməyi təkidlə tövsiyə etdi.
Ali Məqamlı Rəhbər hadisə nəticəsində ziyan çəkmiş insanlara Uca Yaradandan səbir və mənəvi sakitlik dilədi.
Vüqarlı azadələrlə görüşü zamanı Həzrət Ayətullah Xamenei həmçinin xalqın bu dəyərli övladlarını iman ehtiyatından alınmış gövhərlər adlandıraraq dedi: “Əzab-əziyyətlərlə dolu olan əsirlik dövrü azadələrimizi parlaq almaza çevirib”.
Cəmiyyətin həmişə olduğu kimi, yenə də azadələrin dözüm və mətanəti haqda məlumat almağa, onlardan ibrət götürməyə ehtiyac duyduğunu bildirən Həzrət Ayətullah Xamenei kitab çapı və incəsənət sahələrində bu dəyərli insanların əsirlik dövrü ilə bağlı həqiqətləri əks etdirən işlərin az olmasını tənqid etdi.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Əsirlik dövrünün xatirələri və həqiqətləri barədə indiyə qədər çap olunmuş kitablardan bir neçə dəfə artıq kitab yazılmalıdır. İncəsənət xadimləri və KİV rəhbərləri bu tarixi dövr haqda ən yüksək səviyyəli filmlər və proqramlar hazırlamalıdırlar”.
Azadələri İslam dininin, İslam Respublikasının və İran xalqının dəyərli ehtiyatı adlandıran Həzrət Ayətullah Xamenei onların müzəffər dönüşünü ilahi bir vədin gerçəkləşməsi kimi dəyərləndirərək dedi: “Bu gün – İran xalqının dünyanın imperialist və hegemon dövlətləri ilə üz-üzə durduğu bir vaxtda Allahın müəyyən etdiyi bu dəyişməz qayda haqda dərindən düşünüb ibrət götürməyə ciddi ehtiyac var”.
Ali Məqamlı Rəhbər dedi: “Xalqın övladlarının düşərgələrdə və işgəncə kameralarında əsirlikdə olduğu günlərdə zahirdə onlar üçün heç bir ümid işığı görünmürdü. Buna baxmayaraq, Uca Yaradanın buyurduqlarına sədaqətlə əməl etmələri sayəsində, Allahın müəyyən etdiyi dəyişməz qayda onlar üçün gerçəkləşdi, həmin oğullar qalibiyyət və başucalıqla vətənə döndülər, düşmənləri isə tarixin xarabalığına gömüldülər”.
O, əlavə etdi: “Bu gün də İran xalqı Amerika ilə qarşıdurmada çətinliklərlə üzləşir. Əgər dəyərli azadələrimiz kimi, Allahın buyurduqlarına əməl etsə, heç şübhəsiz, Yaradanın sadiq vədlərinə əsasən, qələbə onun olacaq”.
Dünyadakı vəziyyətin dəyişməkdə olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “İlahi qanunlara əsasən, bizim qərarlarımız, davranışlarımız və atdığımız addımlar dünyanın yeni vəziyyətinin formalaşmasına təsir göstərir. Bu sahədə azadələrin mətanətindən ibrət dərsi götürməyimiz qəlblərimizin möhkəmlənməsinə, doğru yolu itirməməyimizə yardımçı ola bilər”.
Ali Məqamlı Rəhbər həmçinin qeyd etdi ki, azadələrin əsirlik dövründə nümayiş etdirdikləri dözüm və mətanətin hər bir anı üçün ikiqat ilahi mükafat vardır. O, azadələrin dəyərli ailə üzvlərinin səbir və dözümünü də yüksək qiymətləndirərək dedi: “Hər bir xalqın tarixdə qüdrət və nüfuz qazanması, liderlərin cərgəsinə keçməsi onun övladlarının sinə gərdiyi əzab-əziyyətlərdən asılıdır. Dəyərli azadələrimizin müzəffər mətanəti İran xalqını liderlərin sırasına keçirib”.
Ali Məqamlı Rəhbər həmçinin azadələrin öndəri mərhum Höccətül-İslam vəl-muslimin Əliəkbər Əbuturabinin, şəhid Tondquyanın və digər şəhid olmuş azadələrin xatirəsini ehtiramla yad etdi.
Görüşün əvvəlində vüqarlı azadələrdən 5 nəfəri azadələrin Səddam rejiminin düşərgə və həbsxanalarında əsirlikdə olduqları dövrdə nümayiş etdirdikləri böyük səbir, tarixi əhəmiyyətli dözüm, nicatverici təşəbbüskarlıq, müdrik səbatla bağlı xatirələrini danışdılar.
Çıxış edənlər:
Seyid Əsədullah Mirməhəmmədi – 10 il əsirlikdə olmuş, itkin düşmüş hesab olunmuşdur;
Dr. Qulaməli Qasimi – 90 ay əsirlikdə olmuşdur, Mosuldakı 1 və 2 saylı əsir düşərgələrində azadələrin hərəkatına rəhbərlik etmiş şəxslərdəndir;
Əbdülməcid Rəhmaniyan – 100 ay əsirlikdə olmuşdur, tədqiqatçı, yazıçı, hüquq üzrə elmlər doktorudur;
Qənbərəli Bəharestani – düşmənə əsir düşmüş ən gənc döyüşçü; müharibə veteranı, iki şəhid qardaşı, azadə övladı;
Dr. Abdullah Kərimi – veteran azadə, şəhid qardaşı, bir neçə kitabın müəllifi;
Çıxış edənlər azadələrin öndəri mərhum Höccətül-İslam vəl-muslimin Əbuturabinin zəkasını, müqavimətini və müdrikliyini yüksək qiymətləndirməklə yanaşı, aşağıdakı məqamları da vurğuladılar:
- 40 minə yaxın azadənin əsirlik illərinin başlıca mesajı mətinlik və düşmənə etimadsızlıqdır;
- Dünyaya etinasızlıq, xidmət və fədakarlığa vurğunluq əsirlik dövründə azadələri yumruq kimi birləşdirən əsas amildir;
- Mətinliyin gerçək sirri mənəviyyat, yeganə Məbuda könül bağlayıb təvəkkül etməkdir;
- Fədakarlıq və müqavimət mədəniyyətini müxtəlif sferalarda genişləndirmək və dərinləşdirmək vacibdir.

Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir