Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Haqla batil üz-üzə durduqda konkret mövqe seçməmiş qalmaq olmaz!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İmam Həsən Müctəbanın (ə) mövludu günündə fars dili və ədəbiyyatı ustadlarından, gənc şairlərdən bir qrupu ilə görüşdü. Görüş zamanı Ali Məqamlı Rəhbər ölkədə şeir karvanının sürət və uzaqgörənliklə, düzgün istiqamətdə irəlilədiyini qeyd edərək dedi: “Bu hərəkatın davam etdirilməsi ilə sevimli İranımız dünya, xüsusən də region mədəniyyətinə bir daha öz dəyərli töhfəsini verəcək”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Şeir şairanə duyğuların bəyanı üçün qəlib olmaqdan əlavə, dəyərlərə xidmət etməlidir. Öhdəsinə düşən vəzifə və məsuliyyətə əməl etmək istəyən şair bu böyük ilahi nemətin dinə, əxlaqa, inqilaba, ilahi təlimlərin daha geniş təbliğinə xidmət etməsi üçün çalışmaldır”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, bu baxımdan mövzu seçimi, ardınca isə zövqlü ifadə tərzi olduqca əhəmiyyətlidir. O dedi: “Şeir xalqın dini-əxlaqi maariflənməsinə, inqilabi hərəkatına xidmət edə bilər. Buna hətta bir qəzəldə inqilabi, dini, əxlaqi məzmunlu bir-iki beytlə də nail olmaq və istənilən effekti almaq mümkündür”.

Həzrət Ayətullah Xamenei gözəl şeirdə üç başlıca şərtin ¬– münasib janr, mövzu seçimi və incə poetik duyğuların əhəmiyyətinə toxunaraq dedi: “Poeziya ölkədəki problemlərə etinasız qala, yaxud göz yuma bilməz”.

Ali Məqamlı Rəhbər nüvə məsələsində İrana qarşı yol verilmiş böyük zülmün, eləcə də alimlərin terror edilməsinin ölkədə mövcud olan reallıqlara nümunə olduğunu bildirərək dedi: “İmperializm cəbhəsi bütün təbliğat və siyasi təşkilatlanma imkanları, xəbasəti ilə İrana qarşı durub. Xalqımız da, öz növbəsində, müqavimət göstərir. Bu milli əhəmiyyətli hadisə məsuliyyətli şairlərin diqqətindən kənarda qalmamalıdır. Çünki haqla batil qarşı-qarşıya durduqda konkret mövqe seçməmiş qalmaq olmaz”.

Vətənpərvərlik iddiası edən bəzi insanların 8 il davam etmiş Məcburi Müharibəyə, düşmənin işğalçılığına etinasız qaldığını qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Həmin insanlar əqidəsizliyi, etinasızlığı, dinə, əxlaqa, ölkənin və İslam İnqilabının başlıca prolemlərinə qarşı məsuliyyətsizliyi təbliğ edirlər, halbuki düşmənə, yadlara münasibətdə heç bir reaksiya nümayiş etdirmirlər”.

Sonda Ali Məqamlı Rəhbər aşağıdakıları tövsiyə etdi: “İncəsənət sərmayəsini haqq və mənəviyyat cəbhəsində sərf edənlər özlərinə qarşı daim diqqətli olsunlar və Haqq yolunda mətinlik nümayiş etdirsinlər”.

Görüşün əvvəlində şairlərdən bir neçəsi dini, ictimai, inqilabi, həmçinin islami oyanış mövzulu şeirlərindən oxudular.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /