İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Höccətül-İslam vəl-muslimin Mohsen Ərakinin İslam Məzhəblərini Yaxınlaşdırma təşkilatının baş katibi, Höccətül-İslam vəl-muslimin Məhəmmədəli Təsxirinin isə Ali Məqamlı Rəhbərliyin İslam dünyasının işləri üzrə ali müşaviri vəzifəsinə təyin olunmaları ilə bağlı sərəncam imzaladı.
Höccətül-İslam vəl-muslimin Mohsen Ərakinin təyinatı barədə verilən sərəncamın tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə!
Cənab Höccətül-İslam vəl-muslimin Hacı Şeyx Mohsen Əraki,
Cənab Höccətül-İslam vəl-muslimin Hacı Şeyx Məhəmmədəli Təsxiri İslam Məzhəblərini Yaxınlaşdırma Təşkilatının baş katibi vəzifəsində 10 illik təqdirəlayiq fəaliyyətdən sonra istefa vermişdir. Təşkilatın Ali Şurasının təklifini nəzərə alaraq, zəngin elmi-praktik təcrübəyə malik olan cənabınızı təşkilatın yeni baş katibi təyin edirəm.
İslami oyanış hərəkatı və ardınca baş verən diqqətəlayiq dəyişikliklərlə əlaqədar olaraq, İslam dünyası hazırda tarixin ən həssas etaplarından birini yaşayır. Belə bir şəraitdə İslam ümmətinin vəhdəti, İslam məzhəblərinin bir-birinə daha da yaxınlaşması bu mübarək hərəkatın ardıcıl qələbələrə nail olması və bu qələbələrin qorunub saxlanması üçün başlıca mehvərdir.
Digər tərəfdən isə Amerika və İsrail başda olmaqla İslamın düşmənləri, küfr və nifaq imperatorları cihad və müqavimət tarazlığını müsəlman balalarının təkfir və terror edilməsi planına çevirmək, bir sözlə – şiə-sünni davasını müsəlman xalqlarının başını qatacaq bir oyun kimi İslam dünyasına sırımaq, öz aləmlərində, bu yolla İslam dünyasının maddi və mənəvi müqəddəratına hakim olmaq istəyirlər.
Bu həssas və təhlükəli etapda İslam Məzhəblərini Yaxınlaşdırma Təşkilatından gözlənilir ki, keçmiş dəyərli təcrübələrindən yararlanaraq, həmçinin hazırkı şəraitdə ehtiyac duyulan kreativlik və təşəbbüskarlığı nümayiş etdirərək İslam dünyasının elitası, xüsusilə də teoloji mərkəz və universitetlərin elm xadimləri ilə həmrəylik və həmkarlıq şəraitində müsəlman vəhdəti diplomatiyasını başlıca strategiya kimi rəhbər tutsun, imperialist düşərgəsinin müqabilində vahid İslam ümmətinin formalaşdırılması işinin əsasını qoymağı özü üçün gələcək perspektiv olaraq müəyyən etsin.
Uca Yaradandan Sizə və digər həmkarlarınıza mənəvi dəstək olmasını diləyirəm!
Seyid Əli Xamenei
10 iyul 2012-ci il
Ali Məqamlı Rəhbər həmçinin 10 illik təqdirəlayiq əməyinə, qərəzsiz xidmətlərinə görə cənab Höccətül-İslam vəl-muslimin Məhəmmədəli Təsxiriyə təşəkkürünü bildirərək onu özünün İslam dünyasının işləri üzrə ali müşaviri vəzifəsinə təyin etmişdir.

Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir