Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər əlil və veteranların evlərinə nümayəndə heyətləri göndərdi

Həzrət Əbulfəzl Abbasın (ə) mübarək mövludu və bu münasibətlə ölkədə qeyd olunan Veteranlar günü ilə əlaqədar olaraq, bu gün (bazar günü) səhər Tehran və Məşhəddə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei tərəfindən ezam olunmuş 6 nümayəndə heyəti bir qrup əlil və veteranı evlərində ziyarət edərək bu insanların rəşadətinə, səbir və dözümünə böyük dəyər verildiyini ifadə etdilər.

Ali Məqamlı Rəhbərin nümayəndələri qismində əlil və veteranlarla görüşən höccətül-İslamlar – cənab Ələmülhüda, cənab Təqəvi, cənab Rəhimiyan, cənab Qumi, cənab Hacı Əliəkbəri və cənab Rəhimi onlarla səmimi söhbət edərək həyat tərzləri, müalicələrinin gedişi, işləri və problemləri ilə maraqlandılar, etdikləri fədakarlıqlara görə Müqəddəs Müdafiənin vüqarlı əlil və veteranlarına təşəkkür və qədirdanlıqlarını bildirdilər.








Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /