Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Həzrət Zəhra müsəlman qadınının hicab və ismətinin mükəmməl örnəyidir

İsmət və paklıq xanımı Fatimeyi-Zəhranın (s.ə) anadan olması münasibətilə İmam Xomeyni hüseyniyəsi Peyğəmbər Kövsərinin fəzilət və mənqəbələri ilə doldu.

İslam İnqilabının Rəhbəri Həzrət Fatimənin (s.ə) dünyaya gəldiyi bu tarixi və unudulmaz günü və İmam Xomeyninin (r.ə) doğum günü ilə üst-üstə düşməsinin mənəvi əhəmiyyətini qeyd etdi. Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın həyatının müxtəlif mərhələlərinin ictimai örnək, nümunə olmasını açıqlayaraq vurğuladı: “Bu günün Qadınlar günü elan edilməsi hamıya, xüsusilə də bizim islami ölkəmizin qadınlarına və qızlarına əbədi bir dərsdir. Bu dərs, qadınları özlərini təqva, iffət, elm, şücaət, iradə, övladların düzgün tərbiyəsi, ailəyə önəm vermək kimi yüksək mənəvi keyfiyyətlərlə bəzəməkdə Həzrət Zəhranın (s.ə) həyatından nümunə götürməyə yönəldir”.

Həzrət Ayətullah Xamenei insan zehninin və nitqinin Peyğəmbərin əziz qızının bütün üstün keyfiyyətlərini, parlaq zəkasını, böyüklük və əzəmətini ifadə etməkdə aciz və naqis olduğuna işarə edərək əlavə etdi: “Bununla belə, bu müqəddəs xanımın və pak ananın kəlamı və həyatı insan imkanlarının xaricində deyil, bəlkə, maddi dünyanın yalançı ideallarından, kumirlərindən fərqli olaraq möhtərəm ana insanlara doğru hərəkət etmək və yaşamağın yollarını göstərir. Pak ana özü bu mükəmməllik qalasında qərar tutmuş, insanları da bu yolda yürüməyə dəvət etmişdir”.

Ali Məqamlı Rəhbər bütün ictimaiyyəti, xüsusilə də, xanımları pak ananın mənəvi fəzilətlərindən nümunə götürməyə çağırdı. Ali Məqamlı Rəhbər qadınların Məşrutə dönəmindən İslam İnqilabının qələbəsinə qədərki tarixi dövrdə müxtəlif meydanlarda zülm və əsarətə qarşı mübarizə apardığını xatırlatdı: “Hazırda Qərb dövlətləri qadınların ictimai fəaliyyətlərini icra etmək üçün hicabı atmalarını təbliğ edirlər. Lakin xanımların İranın siyasi və ictimai sferalarında fəal iştirakı göstərir ki, qadın kamil hicabla da cəmiyyətin həyatında fəal iştirak edə, özünün cəmiyyətdəki tərbiyəedici vəzifəsini həyata keçirə bilər. Möhtərəm  şəhid anaları buna ən gözəl nümunədir”.

İslam İnqilabının Rəhbəri düşmənin zəif nöqtələrdən istifadə etməyə çalışmasına işarə edərək əlavə etdi: “İnsan  təbiəti ziyana meyllidir. Buna görə də hər birimiz çalışmalıyıq ki, öz davranışımıza tənqidi yanaşaq. Bilməliyik ki, bəzi açıq-saçıqlıq, hicaba düzgün riayət edilməməsi, təqvasızlıq cəmiyyətin əxlaq və siyasətindəki pozulmalara və mənəvi nöqsanlara gətirib çıxarır. Və bu istiqamətdə qadınlar özləri daha ciddi olmalıdırlar”.

Həzrət Ayətullah Xamenei hicabı qadının şəxsiyyəti, vüqar və mətanəti üçün vacib amil kimi səciyyələndirərək açıqladı: “Qadının iffəti onun fəxridir. Onun abır-həyalı, namuslu olması cəmiyyətdə ehtiramla qarşılanmasına səbəb olur. Buna görə də cəmiyyətimiz, hicab məsələsinə önəm verdiyi üçün islam dininə minnətdar olmalıdır”.

Ali Məqamlı Rəhbər çıxışının digər qismində Əhli-Beyti tanımaq və dərk etməyin Uca Yaradanın böyük bir neməti olduğunu qeyd etdi və vurğuladı: “Əhli-Beytin (ə) fəzilətlərini şeir və nəsr formalarında tərənnüm edə bilmək də başqa bir nemətdir və Əhli-Beyt məddahları bunun qədrini bilməlidirlər”.

İslam İnqilabının Rəhbəri Əhli-Beytin mənəvi fəzilətlərinin tanıdılmasının cəmiyyət üçün örnək yaradılmasına xidmət etdiyinə işarə edərək əlavə etdi: “Əgər bu hərəkət cəmiyyətdə ilahi niyyət və səmimiyyətlə həyata keçirilərsə, müqəddəs və təsiredici bir iş olacaqdır. Buna görə də məddah görməlidir ki, hansı mənqəbə və fəzilətin bəyan edilməsi dinləyicini doğru yola yönəldə, onun qəlbini Allah qarşısında xüşu halına gətirə və saflaşdıra, Əhli-Beyt yolunu tutmağa istiqamətləndirə bilər”.

Həzrət Ayətullah Xamenei həqiqətləri ifadə etmək üçün xoş səslərdən, gözəl melodiyalardan, şeir formaları içində istifadə etməyi tövsiyə etdi və açıqladı: “Bir neçə sənət növündən kompleks şəkildə istifadə etmək dinləyici və tamaşaçıların zehninə daha artıq nüfuz edir ki, bu da onlarda düşünmək və öyrənmək ehtiyacı doğurur”.

İslam İnqilabının Rəhbəri cəmiyyətin fəhm, mərifət, əqli yetkinlik, ayıqlıq və bəsirətinin yüksək səviyyədə olmasına işarə edərək xatırlatdı: “Bu gün İran İslam Respublikasının müxtəlif sferalardakı uğurları dünyanın dörd bir yanında hiss edilir və günəş kimi nur saçır. Məddahlar da bu atmosferi öz oxucu və dinləyicilərinə şeir və sənətlə çatdırmalıdırlar”.

Görüşün əvvəlində Əhli-Beyt (ə) məddahlarının bir qrupu İslam Peyğəmbərinin möhtərəm qızının, eləcə də onun nəslindən olan İmam Xomeyninin (r.ə) şanına həsr edilmiş əsərlərini oxudular.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /