Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunan sonuncu əza məclisində iştirak etdi

Bu gecə (cümə axşamı) İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, xalqın müxtəlif təbəqələrini təmsil edən insanların və rəsmilərin iştirakı ilə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunan sonuncu matəm mərasimi təşkil olundu.

Cənab Səmavati tərəfindən “Təvəssül” duasının qiraəti ilə başlayan mərasim Höccətül-İslam vəl-muslimin Hacı Əliəkbərinin çıxışı və cənab Mehdi Sələhşurun mərsiyələri ilə davam etdi.

Bazar gecəsindən etibarən İmam Xomeyni (r.ə) adına hüseyniyədə təşkil olunan əza mərasimlərində natiqlər və Əhli-Beyt (ə) məddahları İmamlar Anası Həzrət Fatimənin (s.ə) böyük şəxsiyyətini, yüksək keyfiyyətlərini tərənnüm etdilər, çəkdiyi müsibətlər haqda danışdılar.






Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /