Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş şame-qəriban mərasimində iştirak etdi

Siddiqeyi-Kübra Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinin şame-qəribanında İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, xalqın müxtəlif təbəqələrini təmsil edən insanların və rəsmilərin iştirakı ilə ismət və paklıq xanımına həsr edilən möhtəşəm əza mərasimi təşkil olundu.

İmam Xomeyni (r.ə) adına hüseyniyədə keçirilən bu feyz və mənəviyyat dolu məclisdə Əhli-Beyt (ə) xanədanının əzəməti, qəribçilik içində çəkdiyi əzab-əziyyətlər haqda danışıldı, əzadarlar Peyğəmbər (s) qızının müsibətlərinə göz yaşı axıdaraq matəm saxladılar.

Bazar gecəsindən etibarən başlamış əza mərasimləri aprelin 26-na qədər davam edəcək.








Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /