Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhraya (s.ə) həsr olunmuş ilk əza gecəsində iştirak etdi

Bu ərəfədə İslam Peyğəmbərinin (s) əziz qızı Həzrət Fatimeyi-Zəhranın (s.ə) vəfatı ilə bağlı matəm günləri yaşanır. Bu münasibətlə İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə ismət və paklıq təcəssümü Xanım Zəhraya (s.ə) həsr olunan ilk əza məclisi təşkil olundu.

Əhalinin müxtəlif təbəqələrini təmsil edən minlərlə insanın və rəsmilərin iştirak etdiyi mərasimdə Əhli-Beyt (ə) məddahları və natiqlər İmamlar Anası Həzrət Fatiemyi-Zəhranın (s.ə) böyük şəxsiyyəti, yüksək keyfiyyətləri və çəkdiyi müsibətlər haqda danışdılar.

İmam Xomeyni (r.ə) adına hüseyniyədə keçirilən əza gecələri 2012-ci il aprel ayının 26-na qədər davam edəcək.








Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /