Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın üzvlərini təyin etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın növbəti 5 illik səlahiyyət müddəti üçün üzvlərinin təyin olunması haqda sərəncam imzaladı.

Sərəncamın tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Uca Yaradana şükürlər edirəm ki, Dövlətin Mənafeyini Müəyyənləşdirən Şura Allahın mərhəməti sayəsində, daha bir 5 illik səlahiyyət müddətini təqdirəlayiq fəaliyyət göstəriciləri ilə arxada qoydu. Ümidvaram ki, şuranın hüquqi tədbirlərinin təsir və faydaları ölkə administrasiyanın əsaslarının – üçlü hakimiyyət qüvvələrinin, Silahlı Qüvvələrin və digər strukturların fəaliyyətində öz səmərəsini layiqincə verəcək və bu tədbirlərin müsbət nəticələrini hər kəs müşahidə edəcək.

Ötən müddət ərzində şuraya üzv olmuş möhtərəm cənablara, şuranın rəyasət heyətinə və katibliyinə təşəkkürümü bildirərək aşağıda adları sadalanan hüquqi və fiziki şəxsləri cənab Höccətül-İslam vəl-muslimin Haşimi Rəfsəncaninin sədrliyi altında yeni səlahiyyət müddəti üçün şuraya üzv təyin edirəm:

1. Şuraya üzv olacaq hüquqi şəxslər:

a)    Üçlü hakimiyyət qüvvələrinin başçıları;

b)    Keşikçi Şurada təmsil olunan fəqihlər;

c)    Milli Təhlükəsizlik Ali Şurasının katibi;

d)    Müzakirə predmeti olan mövzuya aidiyyəti olan qurumun rəhbəri və ya nazir;

e)    Parlamentin müzakirə predmeti olan mövzu ilə əlaqəli komissiyasının sədri;

Şuraya üzv olacaq fiziki şəxslər (höccətül-İslam və ayətullahlar):

Cənab Haşimi Rəfsəncani, cənab Hacı Şeyx Əhməd Cənnəti, cənab Vaiz Tibsi, cənab Əmini Nəcəfabadi, cənab Seyidmahmud Haşimi Şahrudi, cənab Müvəhhidi Kirmani, cənab Əliəkbər Natiqnuri, cənab Hacı Şeyxhəsən Saneyi, cənab Həsən Ruhani, cənab Dəri Nəcəfabadi, cənab Qulamhüseyn Mohsini, cənab Mahmud Məhəmmədi Əraqi, cənab Qulamrza Misbahi Müqəddəm, cənab Məcid Ənsari.

Həmçinin aşağıda adları sadalanan cənablar:

Qulamrza Ağazadə, Əliağa Məhəmmədi, Məhəmmədcavad İrəvani, Məhəmmədrza Bahonər, Qulaməli Həddad Adel, Həsən Həbibi, Davud Daneşcəfəri, Pərviz Davudi, Mohsen Rzayi, Məhəmmədhüseyn Səffar Hərəndi, Həbibullah Əsgərövladı, Məhəmmədrza Arif, Məhəmməd Fərzəndə, Seyidhəsən Firuzabadi, Əli Laricani, Hüseyn Müzəffər, Hüseyn Məhəmmədi, Seyidmustafa Mirsəlim, Seyidmurtəza Nəbəvi, Əliəkbər Vilayəti, Sadiq Vaizzadə, Əhməd Vəhidi.

Şuranın parlament və Keşikçi Şura arasında mübahisə doğuran qanun layihələri və qərarlarla bağlı iclaslarında adları sadalanan bütün üzvlər, digər iclaslarda isə şura üzvü olan bütün fiziki şəxslər, eləcə də 1-ci bəndin a, d və e paraqraflarında adları qeyd olunan hüquqi üzvlər iştirak etməlidirlər.

Ötən müddət üçün verilən bütün tövsiyələrin tam şəkildə icrası bir daha vurğulanmaqla yanaşı, sərəncamın qoşmasında digər məsələlər də qeyd olunur. Ötən müddətdə şuraya üzv olmuş, yeni mərhələdə təmsil olunmayan möhtərəm cənablara zəhmətlərinə görə təşəkkür və qədirdanlıq ifadə etməyi özümə borc bilirəm.

Sonda yeni səlahiyyət müddəti üçün şuraya üzv olan möhtərəm cənablara müdrik, məqsədyönlü, düzgün, ədalətli, qətiyyətli və universal fəaliyyət göstərməyi, dövlətin maraqlarını sözün əsl mənasında qorumağı, şuranın və əlaqədar komissiyaların iclaslarında fəal iştirak etməyi tövsiyə edir, Allahdan yeni çağırışda çiyinlərinə ağır məsuliyyət yükü düşən cənablara mənəvi dəstək olmasını diləyirəm.

Seyid Əli Xamenei
14 mart 2012-ci il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /