Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Vəqflər və Xeyriyyə İşləri Komitəsinin rəhbər işçiləri ilə görüşdü

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Vəqflər və Xeyriyyə İşləri Komitəsinin sədri və vəli-fəqihin komitə üzrə nümayəndəsi,  habelə komitənin digər məsul kadrları ilə bu gün (çərşənbə axşamı) günortadan sonra baş tutan görüşü zamanı vəqfin mühüm bir dini təsisat olduğunu qeyd edərək aşağıdakıları vurğuladı: “Camaatı vəqfə daha çox təşviq etməklə, həmçinin ianə verənin, verdiyi ianə ilə bağlı haqqını düzgün təmin etməklə vəqf ənənəsini cəmiyyətdə əvvəlkindən də geniş surətdə yaymaq lazımdır”.

O dedi: “Vəqf məsələsində ən mühüm məqam bu sahədə etibarlı fəaliyyət göstərməkdir”.

Vəqfin əhatə dairəsinin geniş olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Bu gün vəqf üçün çoxsaylı sferalar mövcuddur. Buraya tibb, təhsil, elmi tədqiqat, yeni elmlər, ətraf mühit və dinin modern üsullarla təbliği kimi sferalar daxildir”.

Bütün strukturlarda rəhbər kadrların tabeçiliklərində olan kollektivə müntəzəm nəzarət etməsinin mühüm və zəruri olduğunu bildirən Ali Məqamlı Rəhbər vurğuladı: “Nəzarət bütün vəzifələrin, xüsusilə də son dərəcə önəmli olan vəqf məsələsinin düzgün və mükəmməl surətdə həyata keçirilməsi üçündür. Allah eləməmiş, səhlənkarlıq və sapınmalara yol verilərsə, bu, işlərin yarımçıq qalmasına, vəzifələrin nöqsanlı şəkildə yerinə yetirilməsinə səbəb ola bilər”.

O həmçinin səy və zəhmətlərinə görə Vəqflər və Xeyriyyə İşləri Komitəsinin sədri Höccətül-İslam vəl-muslimin Məhəmmədiyə, habelə qurumun digər rəhbər işçilərinə təşəkkür və qədirdanlığını ifadə etdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /