İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər ölkənin neft sənayesinin elmi-tədqiqat laboratoriyasına gedərək bu mühüm və mürəkkəb sferanın imkanları ilə yaxından tanış oldu.
Neft və qaz sənayesinin rəsmiləri və rəhbər işçiləri qarşısında çıxış edən Ali Məqamları bu sahədə həyata keçirilmiş böyük və dəyərli işlərin İran xalqına qürur qazandıran amillər sırasına daxil olduğunu bildirdi. Cari ilin fərvərdin ayında Əsələviyə şəhərinə səfər edərək Cənubi Pars sənaye zonasının inkişaf layihələri ilə tanış olduğunu xatırladan Həzrət Ayətullah Xamenei dedi: “İqtisadi cihad” ilinin sonu da elə başlanğıcı kimi, neft və qaz sənayesi ilə əlaqəli sferalara diqqətlə müşayiət olundu. Bu, sözügedən sferanın ölkənin sıçrayışlı iqtisadi inkişafında çox dərin və strateji təsirə, önəmli rola malik olduğunu göstərir”.
“Rəsmilərin və bütövlükdə ölkənin neft məsələsinə yanaşması dəyişməlidir!” – deyə vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “İnkişaf planına əsasən, neft gəlir mənbəyi, ölkə büdcəsini təmin edən əsas amil olmaq rolundan çıxıb, İranın iqtisadi güc və inkişafının mənbəyinə çevrilməlidir. Rəsmilər dövlətin bu düzgün və tədbirli siyasətini tam ciddiyyət və məsuliyyətlə həyata keçirməlidirlər”.
Neftdən gələn gəlirin ölkənin gündəlik ehtiyaclarına xərclənməsini qeyri-rasional, həqiqətən, zərərli bir iş adlandıran Həzrət Ayətullah Xamenei dedi: “Neft gəlirlərini ölkənin və xalqın ehtiyatı, mirası kimi qalıcı bir sərmayəyə çevirməliyik. Belə olan halda neft resursları, doğrudan da, ölkəyə güc və nüfuz qazandıran bir amilə çevriləcək”.
Ali Məqamlı Rəhbər Milli İnkişaf Fondunun təsis edilməsinin əhəmiyyətli bir addım olduğunu bildirərək əlavə etdi: “V inkişaf planı haqda qanuna əsasən, hər il neftdən gələn gəlirlərin minimum 20 faizi bu fonda köçürülərək sənaye və istehsalat sferasına xərclənməlidir. Sevindirici haldır ki, bu işə artıq start verilib və bunu davam etdirmək lazımdır”.
“Hazırkı şəraitdə neft gəlirləri neft hasil edən ölkələrin əksəriyyətinin zəif cəhətidir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Öz neftini Qərb kompaniyalarının ehtiyacına və siyasətinə uyğun olaraq satan, milli sənayenin inkişaf etdirilməsi, ən son elmi nailiyyətlərin mənimsənilməsi istiqamətində heç bir səy göstərməyən ölkələrdə hakim təbəqənin cibi dola bilər, amma həqiqi fayda əldə olunmur. Çünki günlərin bir günü neftləri tükənərsə, quru, abadlaşdırılmamış bir ölkə olacaqlar”.
Neft məsələsinin ölkənin güclü cəhətinə çevrilməsinin verəcəyi nəticələrin miqyası haqda ətraflı danışan Ali Məqamlı Rəhbər dedi: “Elə etməliyik ki, istənilən situasiyada neftin istehsal və satış səviyyəsi ilə bağlı qərarlar bizim özümüzə aid olsun və öz mənafeyimizə xidmət etsin. Əlbəttə, bu məsələdə biz müəyyən qədər irəli getmişik. İnşallah, gələcəkdə məqsədimizə tam olaraq nail olacağıq və İslam Respublikası bu sahədə də başqa ölkələr üçün örnəyə çevriləcək”.
Çıxışının digər qismində Həzrət Ayətullah Xamenei neft və qaz sektorunda çalışan alimlərə, tədqiqatçılara, rəsmilərə və rəhbər kadrlara cihad əzmli, həqiqətən, təqdirəlayiq fəaliyyətlərinə görə təşəkkürünü bildirərək dedi: “Ümumi neft və qaz ehtiyatları baxımından İran dünyada birinci yeri tutur. Rəsmilərin daha artıq səy və əzmi sayəsində, bu sənaye sferası elmi-texnoloji səviyyə baxımından da ən yüksək həddə çatdırılmalı, ön sırada yer almalıdır”.
Neft və qaz sənayesində elmi-texnoloji inkişafa nail olmaq üçün elmi tədqiqatların əhəmiyyətli olduğunu vurğulayan Ali Məqamlı Rəhbər bu işdə ölkənin bütün tədqiqat mərkəzləri və universitetlərinin potensialından məqsədyönlü istifadənin əhəmiyyətini və effektini qeyd edərək dedi: “Elə etməliyik ki, neft və qaz sənayesinin əsaslandığı hər bir şey ölkə daxilində istehsal olunsun”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, novatorluq və təşəbbüskarlığı rəhbər tutmaq neft və qaz sənayesində, bir növ, sıçrayışa səbəb ola, dünya elminin bu sferada yüksəlişi üçün zəmin yarada bilər. O dedi: “Gənclərimizin müəyyən sahələrdə qazandığı təcrübədən göründüyü kimi, iranlı gənclərin coşub-daşan istedadı “Biz bacarırıq!” şüarının istənilən sferada mükəmməl səviyyədə reallaşmasına imkan verir. Neft sənayesinin fəalları da qarşılarına məhz bu perspektivləri məqsəd qoymalıdırlar”.
aAli Məqamlı Rəhbər həmçinin bütövlükdə ölkə sənayesinin potensialından düzgün və planlı istifadənin neft və qaz sektorunun inkişafını sürətləndirəcəyini dedi. Müştərək neft və qaz yataqlarının potensial imkanlarından tam istifadə istiqamətində səy göstərilməsinin vacibliyi Ali Məqamlı Rəhbərin bu sektorun rəsmiləri və rəhbər kadrları ilə görüşü zamanı vurğuladığı digər bir məqam oldu.

Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir