Bu gün (çərşənbə axşamı) – Təbii resurslar həftəsi çərçivəsində qeyd olunan Ağacəkmə günündə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei də aksiyaya qoşularaq 2 ting əkdi.
Daha sonra bir neçə cümlə ilə çıxış edən Ali Məqamlı Rəhbər insan həyatında və salamlığında ağacların, yaşıllıq zonalarının əhəmiyyətinə diqqət yetirməyin vacib olduğunu qeyd edərək dedi: “Ağacəkmə günü İslam Respublikasında xüsusi qeyd olunan bərəkət dolu günlərdən biridir. Bu aksiya son illər ərzində xalqın və rəsmilərin yaşıllığa, ətraf mühitə daha artıq diqqət yönəltməsinə səbəb olub”.
Həzrət Ayətullah Xamenei keçmişdə uzun illər boyu təbii resurslara etinasız yanaşıldığını xatırladaraq əlavə etdi: “Bu gün ölkənin yaşıllıq zonalarının bərpasında ən effektiv və ən mühüm rol əhalinin öhdəsinə düşür. Yeni yaşıllıq zonalarının yaradılması ilə yanaşı, mövcud meşə zolaqlarının, bağların, əkin sahələrinin və münbit torpaqların da qayğısına qalmaq lazımdır”.
Mərasimdə Əkinçilik Cihadı və Energetika Nazirləri, Ekologiyanın Qorunması Təşkilatının sədri və paytaxt Tehranın meri də iştirak edirdi.

Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir