İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər İranın Atom Enerjisi Təşkilatının sədri və rəhbər işçiləri, habelə ölkənin nüvə alimlərindən bir qrupu ilə görüşdü. O bildirdi ki, İranın nüvə alimlərinin nüvə elmi və texnologiyası sahəsində əldə etdiyi ən böyük uğur onların ölkədə milli qürur hissini formalaşdırmaları, dünya və region xalqları üçün bir xalqın təzyiqlər qarşısında müqavimət göstərmək, müstəqil olmaq, imperialist dövlətlərin elmi monopoliyasını qırmaq bacarığına gözəl bir nümunə nümayiş etdirmələridir. O vurğuladı: “İran xalqı heç vaxt nüvə silahı əldə etmək niyyətində olmayıb, olmayacaq və dünyaya da sübut edəcək ki, bu silah qüdrət qazandırmır. Xalq öz yüksək insan potensialına və təbii resurslarına söykənərək nüvə silahına arxalanan istənilən gücü məğlub edə bilər”.
Ali Məqamlı Rəhbər ölkədə səmərəli, gözüaçıq, elmli, intellektual və yüksək motivasiyalı insan resursunun mövcud olmasını Allahın nemətlərindən biri kimi dəyərləndirərək dedi: “Düzdür, gənc alimlərin nüvə texnologiyası sahəsində əldə etdiyi nailiyyətlər çoxaspektlidir, lakin bu uğurların ən mühüm aspekti onların İran xalqında milli qürur və heysiyyət hissi yaratmasıdır”.
“Ölkəmizdə milli qürur psixologiyasının yaranmasını İslam İnqilabına borcluyuq!” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran xalqının və bu ölkənin gənclərinin “bacarmayacağını” deməyə çalışan təbliğatın tam əksinə olaraq, hər bir böyük elmi irəliləyiş və nailiyyətimiz xalqımızın “bacaracağını” müjdə verir”.
Nüvə elmi və texnologiyası sahəsində əldə olunan nailiyyətlərin ölkənin gələcəyi və milli mənafeyi ilə birbaşa bağlı olduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “Elmi inhisarlaşdırmaqla dünyaya haqsızca ağalıq edən, adlarını da “dünya ictimaiyyəti” qoymuş bir neçə ölkə xalqların bu inhisarı dağıtmasından qorxur. Onların İran xalqı əleyhinə yaratdıqları hay-küy və ajiotajın bir hissəsinin səbəbi də elə budur”.
“Elmdən zorakılıq üçün istifadə etmək bəşəriyyətə qarşı ən böyük cinayətdir!” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Xalqlar nüvə, aerokosmos, texnologiya, elm və sənaye sferalarında müstəqil surətdə inkişafa nail ola bilsələr, artıq dünyadakı hegemon dövlətlərin zorakı ağalığı üçün heç bir zəmin qalmayacaq”.
Müstəmləkəçi dövlətlərin yaratdığı elmi monopoliyanın İranın timsalında dağıdıldığını qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “Müxtəlif sferalarda, xüsusilə də nüvə texnologiyaları sahəsində elmi irəliləyiş yolunu Uca Yaradana arxalanaraq, qalmaqallara əhəmiyyət vermədən, var gücümüz və ciddiyyətimizlə davam etdirməliyik!”
Həzrət Ayətullah Xamenei bildirdi ki, müstəmləkəçi dövlətlərin bu məsələ ətrafında qalmaqal yaratmaqda əsas məqsədi İran xalqının elmi tərəqqi hərəkatını durdurmaqdır. O, əlavə etdi: “Şübhə yox ki, bizə qarşı çıxan dövlətlərin qərar qəbul edən strukturları İran xalqının nüvə silahı əldə etmək niyyətində olmadığını yaxşı bilirlər. Çünki İran İslam Respublikası nüvə silahı əldə etməyi ideoloji, nəzəri və şəri baxımdan böyük günah sayır, bu silahı saxlamağın faydasız, zərər və təhlükə ilə dolu bir iş olduğunu düşünür”.
Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “İran İslam Respublikası dünyaya sübut etmək istəyir ki, nüvə silahı qüdrət qazandırmır və bu silahı əldə etməklə qüdrətli olmaq mümkün deyil. Nüvə silahına arxalanan gücü məğlub etmək olar və İran xalqı bunu edəcək!”
Təzyiqlərin, təhdidlərin, sanksiyaların və terrorun heç bir nəticə verməyəcəyini, İran xalqının öz elmi inkişaf yoluna davam edəcəyini vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Bu təzyiq və sanksiyalar, bir yandan, imperialist dövlətlərin zəifliyini nümayiş etdirir və qarşılığında, İran xalqının daha da möhkəmlənməsinə səbəb olacaq. Belə ki xalqımız düşmənin aqressiv davranışından yolunu və hədəfini düzgün seçdiyini anlayacaq və bu yolu davam etdirəcək!”
Nüvə məsələsinin də bir bəhanə olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Sanksiyalar İslam İnqilabının qələbə çaldığı ilk vaxtlardan etibarən olub, halbuki nüvə mövzusu son bir neçə ilə aiddir. Odur ki onların əsl problemi müstəqil olmağı, zülmə boyun əyməməyi, zülmü ifşa etməyi, bunu etdiyini və daha da artıq edəcəyini bütün xalqlara mesaj verməyi qərara almış xalqımızdır”.
Ali Məqamlı Rəhbər vurğuladı: “Xalq Allahın dəstəyinə təvəkkül edib, öz daxili gücünə arxalanaraq müqavimət göstərməyi qərara alıbsa, heç bir maneə onun qarşısını kəsə bilməz!”
Ölkənin nüvə alimlərinə elmi tərəqqi yolunda stimul və əzmlərini yüksəltməyi tövsiyə edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Nüvə sənayesi mövzusu təkcə milli sənayenin müxtəlif sferalarında bu texnologiyalardan istifadə ilə yekunlaşmır. Bu hərəkat gənclərimizə, alimlərimizə və xalqımıza böyük əzm və qətiyyət bəxş edəcək. Çünki xalqın mübarizə və stimul əhval-ruhiyyəsini yüksək səviyyədə qoruyub saxlamaq çox mühümdür”.
Görüşün əvvəlində İran Atom Enerjisi Təşkilatının sədri cənab Abbasi nüvə sənayesində əldə edilmiş yeni uğurlar, bu biliklərin lokallaşdırılması, onlardan tibb sahəsində, xüsusilə də radiodərman preparatlarının istehsalında, həmçinin aqrotexniki tədqiqatlarda istifadə olunması istiqamətində həyata keçirilmiş fəaliyyətlər haqda məlumat verdi.

Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir