Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər ona hədiyyə olunmuş nəfis Quranı İmam Rza (ə) məqbərəsinin fonduna bağışladı

Bu gün (bazar ertəsi) günorta İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneiyə qızılla işlənmiş nəfis bir əlyazma Quran hədiyyə olundu. Həzrət Ayətullah Xamenei ona təqdim olunmuş bu dəyərli sənət əsərini müqəddəs İmam Rza (ə) məqbərəsinin fonduna bağışladı.

Son dərəcə nəfis şəkildə hazırlanmış bu Quran indiyə qədər nəstəliq, nəsx, süls və kufi kimi islami xətt nümunələri ilə 44 nüsxə Quran yazıya almağa müvəffəq olmuş Əlirza Behdaninin əl işidir.

Qurani-Kərim xəttatlığı sənətini və bu dəyərli əsəri yüksək qiymətləndirən Ali Məqamlı Rəhbər qızılla işlənmiş əlyazma Quranı müqəddəs İmam Rza (ə) məqbərəsinin fonduna təqdim etdi.

604 səhifədən ibarət olan nəfis Quranın yazıya alınması üçün 228 qram saf qızıl və ümumilikdə, 114 həftə vaxt tələb olunub.





Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /