Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Vəli-fəqihin Zəncan vilayəti üzrə nümayəndəsini təyin etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Höccətül-İslam Hacı Şeyxəli Xatəminin vəli-fəqihin Zəncan vilayəti üzrə nümayəndəsi və şəhərin imam-cüməsi postuna təyin edilməsi ilə bağlı sərəncam imzaladı.

Ali Məqamlı Rəhbərin sərəncamının tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Cənab Höccətül-İslam Hacı Şeyxəli Xatəmi,

İllər uzunu Zəncanda imam-cüməlik səngərində xidmət etmiş Höccətül-İslam Vaizzadəyə təşəkkür və qədirdanlığımı bildirərək Sizi şəhərin imam-cüməsi və vilayət üzrə öz nümayəndəm təyin edirəm.

Zəncanın şərəfli, mömin, vəfadar və inqilabçı əhalisi İslam Respublikasının bütün dövrlərində böyük və unudulmaz xidmətlərə imza atıb, mühüm sferaların hamısında diqqətəlayiq iştirak nümayiş etdirib. Əlhəmdulillah, elm və əməllə zinətlənmiş Cənabınızın bu mühüm səngərdə Zəncanın möhtərəm əhalisinə, xüsusilə də dəyərli gənclərinə xidmət etmək üçün bütün elmi, inqilabi və ictimai potensialından istifadə edəcəyinə, məsuliyyətini hiss edən, uzaqgörən bir din aliminin öhdəsinə düşən riskli vəzifələri layiqincə yerinə yetirəcəyinə ümid edirəm!

Allahın salamı və mərhəməti nəsibiniz olsun!

Seyid Əli Xamenei
14 fevral 2012-ci il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /