Fələstinin qanuni hökumətinin baş naziri cənab İsmayıl Həniyə bu səhər (bazar günü) İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.
Görüş zamanı Ali Məqamlı Rəhbər qeyd etdi ki, xalqların, xüsusilə də İslam ümmətinin Fələstinin müqavimət hərəkatını dəstəkləməsi müqavimət dəstələrinin strateji dərinliyi – təsir gücüdür. O vurğuladı: “Son illərdə Fələstində qazanılmış qələbələr, hətta regionda islami oyanışın baş qaldırmasına gətirib çıxarmış səbəblərdən bir qismi Fələstin xalqının və müqavimət dəstələrinin mübarizəsinin nəticəsidir. Gələcək qalibiyyətlər və ilahi vədlərin gerçəkləşməsi də məhz bu müqavimət və mübarizədən asılıdır”.
Qəzza əhalisinin müqavimətinə və İsrail rejiminin 22 günlük hərbi əməliyyatlarda məğlubiyyətə uğramasına toxunan Ali Məqamlı Rəhbər dedi: “Şübhə yoxdur ki, region xalqlarının qəlbində Qəzza məsələsi ilə bağlı yığılıb qalmış emosiyalar da regionda vulkanın gözlənilmədən püskürməsinə təsir göstərib”.
Müqaviməti zəiflədəcək istənilən addımın gələcəyə zərbə olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Sazişçi ünsürlərin müqavimətin içərisinə nüfuz etməsindən həmişə ehtiyat etmək lazımdır, çünki hər bir xəstəlik özünü tədricən büruzə verir”.
Ali Məqamlı Rəhbər cənab İsmayıl Həniyəyə xitabən aşağıdakıları qeyd etdi: “Sizin və müqavimət cəbhəsində olan qardaşlarımızın əksəriyyətinin mətinliyinə heç bir şübhəmiz yoxdur. Xalq da Fələstinin müqavimət hərəkatından yalnız mübarizlik və mətinlik gözləyir!”
Uzun illər boyu apardığı mübarizə ilə hər kəsin sevgisini qazanmış, lakin sonradan müqavimət kursundan kənarlaşdığı üçün region xalqları tərəfindən qəbul olunmayan Yasir Ərəfatı xatırladan Ali Məqamlı Rəhbər vurğuladı: “Mətinlik və mübarizə xalqları cəlb edən bir amildir. Bu böyük ehtiyatı qorumaq lazımdır”.
“İran İslam Respublikası Fələstin problemini İslamın problemi, öz problemi hesab edir!” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran Fələstin məsələsində dəyişməz və vicdanlı mövqe tutur və daim Fələstin xalqının, müqavimət hərəkatının tərəfində olacaq!”
Qanuni Fələstin hökumətinin baş naziri cənab İsmayıl Həniyə də Ali Məqamlı Rəhbərlə görüşündən son dərəcə məmnun olduğunu bildirərək onu İslam İnqilabının qələbəsinin ildönümü münasibətilə təbrik etdi. O dedi: “Bu il İslam İnqilabının qələbəsi dünyanın və regionumuzun böyük dəyişikliklərə, xüsusilə də islami oyanışa şahid olduğu bir şəraitdə qeyd olunur”.
Fələstin məsələsini dəstəklədiklərinə görə İran dövlətinə və xalqına təşəkkürünü bildirən cənab Həniyə əlavə etdi: “Dünən mən milyonlarla insanın Tehranda keçirilən 22 bəhmən mərasimində necə möhtəşəm surətdə iştirak etdiyinin həm yaxından, həm də helikopterlə uçarkən şahidi oldum. Biz İran xalqını Fələstin məsələsində özümüzə strateji dayaq hesab edirik”.
Daha sonra cənab İsmayıl Həniyə qanuni Fələstin dövlətinin üç strateji xətti rəhbər tutduğunu qeyd edərək vurğuladı: “Aralıq dənizindən İordan çayına qədər bütün Fələstin torpaqlarının azad edilməsi, müqavimətin qətiyyətlə davam etdirilməsi və kompromis danışıqlarının qəbul olunmaması, Fələstin məsələsinin İslam dininə toxunan bir problem kimi önə çəkilməsi bizim əsas strategiyalarımızdır”.
İlahi vədlərə inanmaq lazım olduğunu, Fələstin xalqının qələbəsinin, İsrail rejiminin isə məhvinin labüd olduğunu vurğulayan cənab Həniyə Ali Məqamlı Rəhbərə xitabən dedi: “Bir müddət öncə sizin də qeyd etdiyiniz kimi, biz Bədr və Xeybər dövrünü yaşayırıq və əsla Bəni-Haşimin “Əbi Talib dərəsi”ndə düşdüyü vəziyyətdə deyilik”.

Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir