İslam İnqilabının qələbəsinin 33-cü ildönümü, İslam peyğəmbəri Xatəmülənbiya Məhəmməd Mustafanın (s) mübarək miladı ərəfəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ümumi və İnqilab Məhkəmələri, Hərbi Tribunal və İqtisad Məhkəməsi tərəfindən mühakimə edilmiş 761 məhkumun cəzasının əfvinə və ya yüngülləşdirilməsinə razılıq verdi.
Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricaninin İslam İnqilabının qələbəsinin ildönümü və Peyğəmbərin (s) miladı ilə əlaqədar, Ali Məqamlı Rəhbərə ünvanladığı məktubda zəruri tələblərə cavab verdikləri müvafiq komissiya tərəfindən təsdiq olunmuş 761 məhkumun əfvi və ya cəzalarının yüngülləşdirilməsi təklif olunmuşdu. Təklif Ali Məqamlı Rəhbərlik tərəfindən müsbət cavablandırıldı.

Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir