İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər İmam Xomeyni (r.ə) adına hüseyniyədə İran İslam Respublikası Ordusunun Hava Qüvvələrinin yüksək rütbəli rəsmiləri, zabit-komandan heyəti ilə görüşdü. Görüş zamanı çıxış edən Ali Baş Komandan bildirdi ki, Ordunun Hava Qüvvələrinin 1357-ci il 19 bəhmən günü (1979-cu il 8 fevral) avanqardlıq edərək cəsarətlə atdığı addımdan alınan ən mühüm dərs təşəbbüskarlığın, vaxtında hərəkətə keçməyin, gələcəyə ümidlə baxaraq irəliyə getməyin verə biləcəyi effektin dərk olunmasıdır. O vurğuladı: “Regionda baş verən son dəyişikliklər və xalqlar arasındakı islami oyanış İran xalqının yüksələn xətt üzrə inkişaf edən, islami hərəkatının haqq olduğunu və davam etdiyini göstərir. Aradan 33 il keçməsinə baxmayaraq, bu xalq hərəkatı eyni canlılıq və aktuallıqla özünün əsas hədəflərinə doğru irəliləyir”.
Ordunun Hava Qüvvələrinin o zamanlar “homafər” adlanan birləşmələrində xidmət edən bir qrup hərbçinin 1357-ci ilin 19 bəhmən günündə (1979, 8 fevral) tarixi bir addım ataraq İmam Xomeyninin (r.ə) rəhbərliyini qəbul etməsinin ildönümündə baş tutan görüşdə Ali Məqamlı Rəhbər 19 bəhmən hadisəsinin İslam İnqilabının tarixində parlaq bir məqam, unudulmaz bir hadisə olduğunu dedi. O, əlavə etdi: “Bu tarixi hadisə özünün digər ibrət dərsləri il yanaşı, bizə təşəbbüskarlığı, fəallığı, mübarizliyi, lazımi məqamda önə keçərək iş görməyi, bütün bunların cəmiyyətin və ölkənin ümumi hərəkatına böyük təsir göstərə biləcəyini öyrədir”.
1357-ci ilin bəhmən ayında ölkədə son dərəcə həssas və taleyüklü bir şəraitin hökm sürdüyünü qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Belə bir şəraitdə bir qrup homafər zabitinin İmam Xomeyninin (r.ə) tərəfinə keçməyə təşəbbüs göstərməsi böyük bir iş idi. Bu hadisə öz təsirini göstərdi və proseslərin istiqamətini dəyişmə tempini sürətləndirdi”.
Vaxtında təşəbbüs göstərib, addım atmağın istənilən sferada yüksək təsirə malik olduğunu bildirən Ali Məqamlı Rəhbər vurğuladı: “Bu tarixi hadisədən alınan ibrətamiz nəticələrdən biri də keçmişdə dayanıb qalmamaq, gələcəyə ümidlə irəliyə getməkdir”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Qürurunu, milli kimliyini, təhlükəsizliyini və maraqlarını təmin etmək istəyən ölkə daim təşəbbüs göstərməli, iş görməli, çalışıb-vuruşmalıdır!”
“Müsəlman ölkələrinin ötən bir neçə əsrdə düçar olduğu geriliyin əsas səbəbi qəflət və ətalət, bu gün və gələcəklə ayaqlaşa biləcək irəliləyişin yoxluğudur” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Qəflətin əksi oyanışdır. Oyanış cəmiyyətə dinamiklik bəxş edir. Burada çalışmaq lazımdır ki, hərəkət tempi əks cəbhəninkindən sürətli olsun”.
Ali Məqamlı Rəhbər dedi: “İrəliyə aparan yolda arzulanan hərəkət tempinə malik olmaq üçün cəmiyyətin hər bir üzvünün, xüsusilə də hökumətin, müxtəlif sferaların rəsmilərinin və silahlı qüvvələrin ikiqat səy və canıyananlıq göstərməsinə ehtiyac var”.
Ali Məqamlı Rəhbər bildirdi ki, regiondakı islami oyanış İran İslam Respublikasının haqlı olduğunu, İslam dövlətinin başladığı hərəkatda uğur qazandığını göstərir. O vurğuladı: “Bu gün İran xalqının şüarları bütün regionu bürüyüb. İmperializm cəbhəsinin sözü ilə oturub-duran ölkələr hal-hazırda İran xalqının tərəfindədirlər, onun şüarlarının arxasınca gedirlər”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Regionda baş vermiş son dəyişikliklər göstərdi ki, İran xalqı 30 il ərzində özünə tərəfdaşlar, havadarlar və silahdaşlar tapa bilib”.
Həzrət Ayətullah Xamenei dedi: “Biz regionda baş vermiş son dəyişiklikləri İran xalqının yaratdığını demirik, amma böyük İran xalqının oyanışının regiondakı islami oyanışa göstərdiyi təsiri görməməzliyə vurmaq da məntiqə uyğun deyil”.
İran İslam Respublikasını “regiondakı islami oyanış və hərəkatın anası” adlandıran Ali Məqamlı Rəhbər əlavə etdi: “İslam dövləti əsl, möhkəm və sarsılmaz, varlığını davam etdirməyə və hücumlardan qorunmağa qadir olan bir kimliyə doğru irəliləməkdədir”.
Fikrini geniş surətdə açıqlayan Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Müsəlman kimliyini dərk etmək, Uca Yaradana arxalanmaq, müsəlmanlığı ilə qürur duymaq, Allahın bəxş etdiyi fərdi, kollektiv, milli və təbii resurslara, imkanlara söykənmək, dünyanı mənəvi dəyərlərə dəvət etmək İslam dövlətinin gerçək və ülvi amallarıdır”.
Qərbin maddi sivilizasiyasının bəşəriyyətə həqiqi xoşbəxtlik və səadət bəxş edə bilmədiyini vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Qərb dünyası və onun yolu ilə gedən ölkələr maddiyyata qərq olmaqdan, cinsi özbaşınalığa rəvac verməkdən, din və mənəviyyatla əlaqəni kəsməkdən heç bir xeyir görmədilər. Çünki həmin cəmiyyətlərdə ədalət, ümumi rifah və təhlükəsizlik təmin olunmamaqla yanaşı, ailə institutu, gələk nəsillərin tərbiyəsi də çox ciddi problemlərlə üzləşib”.
Ali Məqamlı Rəhbər vurğuladı: “İslam İnqilabı dünyaya mənəviyyat, ilahi dəyərlər, Qərb dünyasındakı bu bədbəxtlik gətirən cərəyandan qurtulma mesajı verir”.
O dedi: “Əlbəttə, İslam dini, mənəviyyatla yanaşı, bəşəriyyətin maddi ehtiyaclarının orta həddə təmin olunmasına da xüsusi diqqət yetirir”.
Ali Məqamlı Rəhbər qeyd etdi ki, ötən 33 il ərzində hər il İslam İnqilabının qələbəsinin xalq tərəfindən möhtəşəm şəkildə bayram edilməsi dünya inqilablarının tarixində misilsiz bir təzahürdür. O, əlavə etdi: “Hər ilin 22 bəhmən günü, hətta ən əlverişsiz hava şəraitində də ölkənin dörd bir yanında milyonlarla insan küçələrə çıxaraq İslam İnqilabının qələbəsini bayram edir. Bu, xalqın inqilabi hərəkatının davam etdiyini göstərir”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Uca Yaradanın mənəvi dəstəyi və hidayəti sayəsində, bu ilin 22 bəhmən günündə də hamı İran xalqının meydanlara necə axışdığının şahidi olacaq!”
Çıxışının digər qismində Ali Məqamlı Rəhbər silahlı qüvvələrə özlərində mənəvi keyfiyyətləri və özünütərbiyəni inkişaf etdirməyi, hərbi təlim, nizam-intizam və təşkilatlanmanın səviyyəsini yüksəltməyi tövsiyə edərək dedi: “Qardaşlıq psixologiyasını, Allah yolunda fədakarlıq, canından keçməyə hazırlıq kimi keyfiyyətləri gücləndirməklə yanaşı, hərbi nizam-intizamın da qorunması İslam Respublikasının Silahlı Qüvvələrinə xas olan spesifik cəhətlərdən biridir”.
Görüşün əvvəlində Ordunun Hava Qüvvələrinin komandanı briqada generalı Şah Səfi 19 bəhmən günü – homafər zabitlərinin İmam Xomeyninin (r.ə) rəhbərliyini qəbul etdikləri tarixi günün ildönümü münasibətilə hamını təbrik edərək hava qüvvələrinin daxili imkanları və əldə etdiyi nailiyyətlər haqda məlumat verdi. O dedi: “Hava-hava” və “hava-səth” tipli raketlərin, antiradar raketlərin, lazer raketlərinin və smart bombaların konstruksiyası və istifadəsi, yerli istehsala aid olan “Saiqə” qırıcılarının əməliyyat qabiliyyətinin artırılması, elektron müharibə və simulyatorların konstruksiyası sahələrində imkanların yüksəldilməsi Ordunun Hava Qüvvələrinin hərbi güc və potensialının bir hissəsini təşkil edir”.

Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir