İslam İnqilabının qələbəsinin 33-cü ildönümü ərəfəsində, Fəcr ongünlüyünün yaşandığı bu günlərdə Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xameneinin imamətliyi ilə Tehranda möhtəşəm izdihamlı cümə namazı qılındı. Namazın xütbələrində İslam İnqilabının qazandığı nailiyyətləri, ölkədaxili məsələləri, düşmənlərin təhdidlərini, regionda və beynəlxalq arenadakı vəziyyəti ətraflı təhlil edən Həzrət Ayətullah Xamenei parlamentin 9-cu çağırışına seçkilərlə bağlı məqamlara da toxundu.
Birinci xütbənin əvvəlində mübarək Fəcr ongünlüyünü və İslam İnqilabının qələbəsini ehtiramla yada salan Ali Məqamlı Rəhbər bu böyük ilahi nemət üçün şükür etmək lazım olduğunu bildirərək dedi: “Bu günlərdə ötən 33 il ərzində daim meydanlarda öz varlığını, sədaqətini, fədakarlığını, şücaətini, comərdliyini və gözüaçıqlığını nümayiş etdirmiş İran xalqına da təşəkkür etmək lazımdır”.
Regionda, xüsusilə də Misir, Tunis və Liviyada qalibiyyətlə başa çatmış inqilablarla əlaqədar, bu ilin Fəcr ongünlüyünün fərqli bir əhval-ruhiyyə ilə yaşandığını qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Bu dəyişikliklər xalqımız üçün böyük bir müjdə, ürəkaçan və mübarək bir hadisədir. Bu inqilabların qələbəsi ilə İran xalqı təklənmə vəziyyətindən nisbətən çıxdı”.
Xütbənin davamında Həzrət Ayətullah Xamenei İslam İnqilabının rəhbər tutduğu başlıca kurslar və qazandığı nailiyyətlər haqda danışdı. O dedi: “İnqilab nəticəsində antiislam siyasəti güdən müstəbid rejim devrildi, xalqın hakimiyyətinə və İslama əsaslanan bir rejim hakimiyyətə gəldi”.
Həzrət Ayətullah Xamenei İslam İnqilabının qazandığı mühüm nailiyyətlər sırasında xarici asılılığa son qoyulması və tam müstəqilliyin təmin edilməsini, boğucu siyasi-ideoloji atmosferin ortadan qaldırılması və azad bir mühitin bərqərar olunmasını, xalqın tarixi alçalmadan yaxa qurtararaq milli qürur və heysiyyətinə qovuşmasını, milli özünəinamsızlıq və qətiyyətsizliyə son verilməsini və cəmiyyətdə milli özünəgüvənmə psixologiyasının hakim olmasını qeyd edərək aşağıdakıları vurğuladı: “İnqilabın daha bir nailiyyəti budur ki, İran xalqı ölkəsinin daxili siyasətində heç bir rol oynamayan, prosesləri kənardan seyr edən bir xalqdan məlumatlı, öz siyasi yanaşması olan, ölkəsinin daxili məsələlərinə təsir göstərən bir xalqa çevrildi”.
İnqilabın bu nailiyyət və kurslarının get-gedə fundamental xarakter kəsb etdiyini vurğulayan Ali Məqamlı Rəhbər dedi: “İslam İnqilabının bugünkü şüarları elə qələbəsinin ilk günündə olan şüarlardır, bu isə onun sağlam kurs üzrə gedən bir hərəkat olduğunu göstərir”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “İnqilabın şüarları onun hədəflərinə aparan istiqamətləndirici nişanlara bənzəyir. Şüarlar dəyişməyibsə, bu, o deməkdir ki, rəsmilər və xalq İslam İnqilabının düzgün kursundan yayınmayıb”.
İslam İnqilabının bu mühüm nailiyyətlərini sadaladıqdan sonra Həzrət Ayətullah Xamenei İslam Respublikasındakı bəzi güclü, həmçinin zəif cəhətləri şərh edərək vurğuladı: “Biz güclü cəhətlərimizi daha da möhkəmləndirməklə yanaşı, zəif cəhətlərimizi də ört-basdır etməməliyik. Əksinə, onları aradan qaldıraraq cəmiyyətimizdə kök atmalarına imkan verməməliyik”.
O dedi: “İslam İnqilabının 33 illik həyatında eniş-yoxuşlar çox olub, lakin inqilabın əsas hədəflərinə doğru irəliləyiş durmadan davam etdirilib”.
“Qarşıya çıxan əngəllərə qalib gəlmək İslam İnqilabının mühüm olan güclü cəhətlərindən biridir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İnqilabın qələbə çaldığı ilk dövrdən bəri dünyanın böyük dövlətləri çoxsaylı süni maneələrlə – 8 il davam edən müharibəyə məcburən cəlb etmək, terror aktları törətmək, sanksiyalar tətbiq etməklə İran xalqının hərəkatını durdurmağa, İslam İnqilabını diz çökdürməyə, xalqı peşman etməyə çalışıblar. Bütün bu səylərə rəğmən, İran xalqı tam gücü ilə öz yoluna davam edərək onlara qalib gəlib”.
Ölkənin hər yerində əhaliyə birinci dərəcəli xidmətlərin kəmiyyət və keyfiyyət baxımından yüksəldilməsini İslam dövlətinin digər güclü cəhəti kimi qeyd edən Həzrət Ayətullah Xamenei elmi nailiyyətlərə də toxunaraq dedi: “Elmi-texnoloji nailiyyətlərimiz son dərəcə mühüm əhəmiyyət kəsb edən güclü cəhətlərimizdən biridir. Çünki elm ölkənin qüdrətlənməsi və hərtərəfli inkişafı üçün zəmin yaradan bir amildir”.
Ölkənin 33 il ərzində qazandığı elmi nailiyyətlərin heyrətləndirici olduğunu bildirən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu nailiyyətlər müxtəlif sferalarda müşahidə olunsa da, bəziləri, misal üçün, nüvə texnologiyası ilə bağlı elmi uğurlarımız daha məşhurlaşıb”.
Ali Məqamlı Rəhbər müasir elmin aerokosmonavtika, tibb, radiofarmakalogiya, biotexnologiya, nanotexnologiya, kök hüceyrələri, modelləşdirmə, xərçəng əleyhinə dərman vasitələrinin hazırlanması, superkompüterlərin istehsalı, yeni enerji mənbələri kimi sahələrində əldə olunmuş heyranedici nailiyyətlərə toxunaraq vurğuladı: “Dünyanın ən mötəbər elmi mərkəzləri bu nailiyyətləri təsdiqləyiblər. Həmin mərkəzlərdən birinin 2011-ci miladi ili üçün verdiyi hesabata əsasən, İranın elmi inkişafı dünya üzrə ən sürətli olmuşdur”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Həmin hesabata əsasən, ölkəmiz elmi inkişafına görə regionda birinci, dünya üzrə isə 17-ci yerdədir”.
Ali Məqamlı Rəhbər onu da qeyd etdi ki, “20 illik perspektiv plan”a əsasən, İran İslam Respublikası elmi inkişaf baxımından region üzrə liderliyi 1404-cü ildə (2025) əldə etməli idi. Lakin o, bu statusa proqnozlaşdırıldığından illərlə öncə çatıb.
Həzrət Ayətullah Xamenei İslam dövlətinin güclü cəhətləri sırasında ölkənin texnologiya və sənaye mühəndisliyi, yol və kommunikasiya, rabitə və sənaye infrastrukturlarının qurulması sahəsində əldə etdiyi irəliləyişləri də qeyd edərək dedi: “Belə böyük irəliləyişlərə nail olunduğuna baxmayaraq, təəssüf ki, xalqa bu barədə lazımi qədər və aydın informasiya verilmir”.
İnqilabi dəyərlərin ikinci və üçüncü nəsillərə ötürülməsini İslam dövlətinin daha bir güclü cəhəti kimi vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Şəhid edilmiş alimlərimiz Mustafa Əhmədirouşən və Rezayinejad buna açıq-aşkar sübutdur. Onlar İslam İnqilabının və Məcburi Müharibənin şahidi olmasalar, İmam Xomeynini (r.ə) görməsələr belə, öz inqilabi və dini vəzifələrini düzgün dərk edərək ən yüksək elmi dərəcələrə çatmışdılar, təhlükə hədəfi olduqlarına baxmayaraq, tutduqları yola sonadək davam etdilər”.
Şəhid Rezayinejad və Əhmədirouşənin inqilabın üçüncü nəsli olduqlarını vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Şəhid Əhmədirouşənin şəhadətindən sonra gənclərimiz möhtəşəm bir addım ataraq bu şəhidin elmi yolunu davam etdirməyə hazır olduqlarını nümayiş etdirdilər. Bu addım son dərəcə mühüm olmaqla yanaşı, inqilabi dəyərlərin üçüncü nəslə ötürüldüyünü sübut edən daha bir nümunədir”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Əlbəttə, inkişafımızın göstəricisi olan bu nümunələrlə bərabər, inqilabdan peşman olanlarımız da olub. Lakin uğur qazanıb inkişaf edənlərimiz sıralarımızdan ayrılanlardan çox olub”.
Həzrət Ayətullah Xamenei İslam hökumətinin digər güclü cəhətləri sırasında regionda, hətta dünyada gedən proseslərə İran xalqının təsir gücünün sıçrayışla artmasını, ölkənin və dövlətin düşmənlərə qarşı mübarizədə güclü müqavimət qabiliyyətinə və möhkəm struktura malik olmasını, universitet və teoloji mərkəzlərin kəmiyyət və keyfiyyət baxımından inkişafını qeyd etdi.
Bu güclü cəhətləri qeyd etdikdən sonra Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Bütün bu elmi, texnoloji və ictimai uğurlar hərtərəfli sanksiyalar şəraitində gerçəkləşib. Bu, gələcəyə ümidləri artıran mühüm bir məqamdır”.
Çıxışının davamında Ali Məqamlı Rəhbər bəzi zəif cəhətlərə də toxundu. O dedi: “Zəif cəhətlərə misal olaraq, bəzi vəzifəli şəxslərin dünya malına, var-dövlətə, lüks həyata, rəsmiyyətçiliyə meyl göstərməsini qeyd etmək olar. Bu isə eyni psixologiyanın cəmiyyətdə, xalq arasında genişlənməsinə səbəb ola bilər”.
Cəmiyyətdə israfçılıq və lüzumsuz istehlak psixologiyasının mövcudluğundan təəssüfləndiyini bildirən Həzrət Ayətullah Xamenei vurğuladı: “Çalışmaq lazımdır ki, lüzumsuz istehlaka, dünya malına can atma tendensiyası azalsın, cəmiyyətdəki bu qüsurlu cəhət aradan qalxsın”.
Ali Məqamlı Rəhbər bildirdi ki, elmi nailiyyətlərə paralel olaraq, əxlaq, mənəviyyat, nəfsin saflaşdırılması istiqamətində lazımi və arzulanan səviyyədə inkişafın müşahidə olunmaması, sosial ədalətin İslam dinində nəzərdə tutulduğu səviyyədə reallaşmaması İran cəmiyyətinin digər zəif cəhətləridir və onların aradan qaldırılması üçün əvvəlkindən də artıq səy və əzm göstərilməlidir.
İslam İnqilabının hədəf və amalları istiqamətində hərəkəti davam etdirməkdə xalqın və rəsmilərin öhdəsinə düşən vəzifələri də xatırladan Ali Məqamlı Rəhbər dedi: “Ən mühüm vəzifələrdən biri, özəlliklə vəzifəli şəxslərin məsuliyyəti öz üzərilərinə qəbul etməkdən çəkinməməsi, cavabdehlik daşımağa hazır olmasıdır”.
Ali Məqamlı Rəhbər dedi: “Hökumət, parlament və məhkəmə strukturlarında xalqa xidmət edən rəsmilər günahı bir-birinin boynuna atmamalıdırlar. Rəhbərliyin, üçlü hakimiyyət qüvvələrinin, müxtəlif strukturların vəzifələri konstitusiyada konkret şəkildə təsbit olunub və hər bir rəsmi şəxs qanunla üzərinə düşən vəzifəyə əsasən, öz məsuliyyətini qəbul etməlidir”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hətta Rəhbərliyin özündə də hansısa çatışmazlıq olsa, o, bunu təvazökarlıqla qəbul etməli və çalışıb aradan qaldırmalıdır”.
Ali Məqamlı Rəhbər rəsmilərə ikinci dərəcəli məsələlərə baş qatıb, əsas problem və dəyərləri diqqətdən kənar qoymamaq, birlik və həmrəyliyi qorumaqla bağlı da xəbərdarlıq etdi. O vurğuladı: “Üçlü hakimiyyət qüvvələrində, eləcə də digər strukturlarda təmsil olunan rəsmilər hətta aralarındakı müəyyən fikir ayrılıqlarına baxmayaraq, birlik və həmrəyliyi qorumalı, ölkənin və dövlətin strategiyaları istiqamətində birgə olmalıdırlar”.
Ali Məqamlı Rəhbər bunu da qeyd etdi ki, rəsmilər, xalq, eləcə də xalqla rəsmilər arasında birlik və həmrəylik ölkənin əksər problemlərinin mütləq həlli yoludur.
Həzrət Ayətullah Xamenei prinsipial məsələlər sırasında düşmənə qarşı ayıq-sayıq olmağın, onun yalançı təbəssüm və vədlərinə inanmamağın əhəmiyyətini də qeyd edərək dedi: “Əvvəllər bəziləri düşmənin təbəssümünə inanırdılar, lakin tədricən bu vədlərin arxasında nələrin durduğunu dərk etdilər, düşmənin necə rahatlıqla yalanlar danışdığını, heç nədən qorxub, narahatlıq keçirmədən vədlərinə xilaf çıxdığını, dediyi sözü zərrə qədər belə olsun xəcalət hissi duymadan inkar etdiyini anladılar”.
Ali Məqamlı Rəhbər namazın birinci xütbəsini regionda və dünyadakı vəziyyətin təhlili ilə davam etdirdi.
Ötən ilin Fəcr ongünlüyündən indiyə qədər regionda 4 despotun devrildiyini qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Daha bir mühüm hadisə isə Tunis və Misir xalqlarının seçkidə islamçı partiyaları dəstəkləməsidir. Bu hadisə Amerika və sionistlərin xalqlar arasında islamafobiyanı yaymaq, dünya ictimaiyyətində islami hökumətə qarşı xof yaratmaq məqsədilə apardıqları siyasi təbliğatın puç olduğunu, xalqların İslamın tərəfində olduğunu sübut etdi”.
Ali Məqamlı Rəhbər qeyd etdi ki, sionist rejiminin günü-gündən zəifləməsi, Fələstin xalqında isə optimizm və ruh-yüksəkliyinin müşahidə olunması regiondakı qiyamların bərəkətli nəticələrindəndir. O dedi: “Həqiqətən, öldürücü bir xərçəng şişi olan İsrail regiondan yox edilməlidir bu, heç şübhəsiz, baş verəcək!”
Regiondakı vəziyyətdən danışan Həzrət Ayətullah Xamenei Bəhreyn xalqının zülm içərisində olduğunu da xatırladaraq dedi: “İmperializmin media maşını tam sükutu ilə bu məzlum xalqı boykot edib. Lakin bunun bir effekti olmayacaq və Allahın yardımı ilə, Bəhreyn xalqı da qələbə çalacaq!”
Bəhreyn adasının hakim qüvvələrinin İranın bu ölkədəki vəziyyətə müdaxilə etməsi ilə bağlı iddialarına toxunan Ali Məqamlı Rəhbər dedi: “Bu, büsbütün yalandır. Belə ki əgər bizim müdaxiləmiz olsaydı, Bəhreyndə vəziyyət tam fərqli olardı”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Biz hər hansı bir prosesə müdaxilə etdikdə bunu açıq-aşkar deyirik, necə ki məhvedici xərçəng şişi olan sionist rejiminə qarşı aparılan və qalibiyyətlə nəticələnmiş 33 və 22 günlük hərbi əməliyyatlara müdaxilə edərək onları dəstəklədik. Sionist rejiminə qarşı mübarizəyə qalxan istənilən xalqa və ya qrupa bundan sonda da yardım edəcəyik və bunu etiraf etməkdən heç bir qorxumuz yoxdur”.
Dünyadakı vəziyyəti şərh edən Ali Məqamlı Rəhbər Amerikanın maliyyə-iqtisadi və siyasi cəhətdən hissediləcək dərəcədə zəiflədiyinə toxunaraq dedi: “Amerika Orta Şərqdə – Fələstində və İraq məsələsində məğlubiyyətə uğradı. Amerikalıların böyük arzu və səylərinə rəğmən, İraqdakı əhali və xalqın hakimiyyətinə əsaslanan dövlət onların bu ölkədə qalmasına imkan vermədi”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, ABŞ prezidenti Barak Obamanın konqresdəki son çıxışında ölkəsinin müxtəlif şəhərlərində 4 aydır ki, davam edən etirazlara qətiyyən toxunmaması Amerika hökumətinin zəiflədiyini göstərən əlamətlərdəndir. O dedi: “Bu zəifləməni ört-basdır etməyə çalışan Amerika prezidenti xalqın 4 aydır davam edən etiraz aksiyalarına və polisin bu etirazları boğmasına hətta kiçik bir işarə də vurmadı”.
Qərb dövlətlərinin beynəlxalq arenadakı zəif mövqeyinin müxtəlif aspektlərini şərh edən Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İran İslam Respublikasına və İran xalqına qarşı yönəlmiş sanksiyalar bu bariz zəifləmənin əlamətlərindəndir. O dedi: “Onlar İslam dininə olan sədaqətinə görə İran xalqını cəzalandırmaq istəyirlər. Lakin reallıq budur ki, sanksiyalar iki cəhətdən İslam dövlətinin və İran xalqının xeyrinə nəticələndi”.
Çıxışının davamında Ali Məqamlı Rəhbər Amerika rəsmilərinin dəfələrlə təkrarladıqları “Bütün seçim variantları masa üzərindədir” fikrinə toxunaraq əlavə etdi: “Bu cümlənin mənası İranı müharibə ilə təhdid etməkdir. Lakin bu təhdidin Amerikanın zərərinə olduğu hamıya məlumdur. Belə ki müharibənin başlaması Amerikanın özünə 10 dəfə artıq ziyan vuracaq”.
“Amerika rəsmilərinin hədələyici tonla danışması Vaşinqtonun İslam Respublikası ilə məntiqi-diskursiv mübarizədə aciz olduğunu göstərir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Onlar məntiqi-ideoloji mübarizə meydanında acizdirlər, buna görə də zorakılıqdan, müharibədən danışırlar. Amerikanın bu metodu seçməsi onun zorakılıqdan başqa heç bir məntiqi olmadığını, istəklərini həyata keçirmək üçün müharibədən başqa üsul tanımadığını göstərir”.
Həzrət Ayətullah Xamenei mövzu ilə bağlı aşağıdakıları da qeyd etdi: “Amerikalılar bilsinlər və əlbəttə, bilirlər ki, müharibə və neft sanksiyaları ilə bağlı təhdidlərə qarşı İslam Respublikasının da müəyyən təhdidləri var və lazım gələrsə, inşallah, onları tətbiq edəcək”.

Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir