Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Şəhid Əhmədi Rouşən və Rezayinejadın evlərində oldu

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu axşam (cümə axşamı günü) ölkənin şəhid olmuş elm xadimlərindən ikisinin – şəhid Mustafa Əhmədi Rouşən və Dariyuş Rezayinejadın evlərinə gedərək onların ailə üzvləri ilə mənəviyyat dolu bir atmosferdə görüşüb söhbət etdi.

Şəhid Əhmədi Rouşənin ailə üzvləri ilə görüşü zamanı Ali Məqamlı Rəhbər şəhid edilmiş bu gənc və görkəmli elm xadimlərinin ölkə üçün iftixar mənbəyi olduqlarını qeyd edərək dedi: “Bu şəhidlərin varlığı iki aspektdən böyük dəyərə malikdir: birincisi, bu gənclərin yüksək istedadından, görkəmli şəxsiyyətindən xəbər verən elmi-tədqiqat fəaliyyətləri, mühüm və strateji işlərin öhdəsindən gəlmələridir. İkincisisi isə onların şəxsiyyətinin mənəvi-ilahi aspektidir ki, şəhid olmaları üçün də məhz bu amil zəmin yaratmışdır”.

Terror nəticəsində dünyadan getmiş gənc alimlərin Allah yolunda şəhid olduqlarını, bu şəhadətin İslamın tərəqqisi üçün zəmin yaratdığını qeyd edən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “İslam İnqilabı qələbə çalan kimi düşmənlər: “İranda elmin üzünə qapılar bağlandı!” – deyə bu inqilabın əleyhinə böhtanlar səsləndirməyə başladılar. Lakin gərgin səy və zəhmətlə müxtəlif elm sferalarını mənimsəyən, bu meydanda öz sözünü deyərək yüksək istedad və potensial nümayiş etdirən gənclərimiz düşmənin bu böhtanını puça çıxardılar”.

Şəhid Dariyuş Rezayinejadın evinə də baş çəkən Ali Məqamlı Rəhbər onun ailə üzvləri ilə söhbət zamanı vurğuladı ki, düşmənlərin İranın gənc elm xadimlərini terror etmək səyləri bu alimlərin işinin nə qədər böyük miqyaslı olduğunu göstərir. O dedi: “Bu gün İslam Respublikasının inkişaf və tərəqqisi müsəlman xalqlarını, müsəlman ölkələrindəki gəncləri ruhlandırır”.

Ölkənin görkəmli elm xadimlərindən olan şəhid Mustafa Əhmədi Rouşən ötən həftə imperialistlərdən asılı ünsürlərin təşkil etdiyi terror nəticəsində şəhadət feyzinə nail oldu. Şəhid Dariyuş Rezayinejad isə bu ilin (2011) mordad (iyul) ayında başqa bir terror aktının qurbanı olmuşdu.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /