Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Həzrət Əba Əbdillah Hüseynin (ə) ərbəin mərasimində iştirak etdi

Bu gün səhər – şəhidlər ağası Əba Əbdillah Hüseynin (ə) və o həzrətin silahdaşlarının ərbəin günündə (vəfatın 40-cı günü) İmam Xomeyni (r.ə) adına hüseyniyə ölkənin dörd bir yanından gəlmiş tələbə kollektivlərinə ev sahibliyi etdi.

Bu mənəvi mərasimdə müxtəlif universitetləri təmsil edən tələbə və müəllimlər Ali Məqamlı Rəhbərlə birgə əzadarlıq edərək sinə vurdular.

Tələbə kollektivlərinin bugünkü mərasimi Qurani-Kərimin nurani ayələrinin qiraəti ilə başladı, ardınca Kərbəla hadisəsinin özündə ehtiva etdiyi, insana Allahın dərkini, izzət və qüruru təlqin edən ibrətamiz dərslər haqda ətraflı danışıldı. Mərasimin davamında İmam Hüseyn (ə) ərbəininə toplaşmış əzadarlar mərsiyə və növhələr oxuyaraq Kərbəla əsirlərinin, Həzrət Zeynəbin (s.ə) çəkdiyi müsibətlərə göz yaşı axıtdılar.







Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /