Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bu cinayətin arxasında duranlar və onu icra edənlər əsla cəzasız qalmayacaqlar!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei gənc və görkəmli alim Əhmədi Rouşənin terror nəticəsində şəhid olması ilə əlaqədar etdiyi başsağlığı  müraciətində mühüm məqamlara toxundu. Müraciətində: “İmperialist blokunun bütün səylərinə rəğmən, böyük İran xalqı öz inkişaf yolunu güclü iradə və qüdrətlə davam etdirir” – deyən Ali Məqamlı Rəhbər bu cinayətin arxasında gizlənən  qüvvələrin və onu törədən cinayətkarların cəzasız qalmayacaqlarını vurğuladı.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Gənc və görkəmli alim Mustafa Əhmədi Rouşənin şəhadəti elmsevərlərin, İslam Respublikasının tərəqqi və inkişafı üçün məsuliyyət duyanların qəlbinə daha bir kədər yarası vurdu. Görkəmli elm xadimi olmuş bu məzlum və vüqarlı gəncin ata-anasının, həyat yoldaşının və övladlarının qəminə biz hamımız şərikik.

Bu rəzil terror əməlini planlayanlar və onu  icra edənlər öz murdar və çirkin cinayətlərini boyunlarına almağa, məsuliyyəti öhdələrinə götürməyə heç bir zaman cürət etməyəcəklər. Beynəlxalq dövlət terrorizmi şəbəkəsinin digər cinayətləri kimi, Mossad və CIA (Amerika Mərkəzi Kəşfiyyat İdarəsi) xidmət orqanlarının planı və ya dəstəyi ilə həyata keçirilmiş bu terror aktı da başda ABŞ və sionizm olmaqla, dünya imperializminin inkişaf etməkdə olan mömin və qətiyyətli İran xalqına qarşı mübarizədə çıxılmaz vəziyyətdə olduğunu göstərir. Onlar bu mənfur və vəhşi davranışlarında da uğursuzluqla üzləşəcək, çirkin və qəddar məqsədlərinə nail ola bilməyəcəklər. İran İslam Respublikasının şəhid Mustafa kimi mömin, qeyrətli və bacarıqlı gənclərin əzmi və təpəri sayəsində rövnəqlənmiş sürətli elmi tərəqqisi, elm zirvələrini fəth etmək niyyəti bu gün ayrı-ayrı fərdlərdən asılı deyil. Bu, millətin sarsılmaz iradəsindən qaynaqlanmış tarixi bir hərəkatdır. Biz imperialist blokunun, müstəmləkəçilik sisteminin başında duranlara g
öz dağı olaraq, bu yolu sonsuz qüdrət və əzmlə davam etdirəcək, böyük xalqımızın qibtə doğuran tərəqqisini paxıl və inadkar düşmənlərin üzünə çırpacağıq! Sözsüz ki, bu cinayətin arxasında gizlənən  qüvvələr və onu törədən cinayətkarlar əsla cəzasız qalmayacaqlar!

Əzizimizin şəhadəti ilə əlaqədar, onun valideynlərini, həyat yoldaşını, övladlarını, ölkəmizin elmi və akademik ictimaiyyətini, İranın genişmiqyaslı elmi tərəqqisi üçün sevinən və məsuliyyət hissi duyan hər kəsi təbrik edir və başsağlığı verirəm! Uca Yaradandan onlara səbir və ilahidən gələn mənəvi rahatlıq, əziz şəhidimizin ruhuna isə axirətdə ən ali məqamları diləyirəm! Şəhid Əliməhəmmədi, Şəhriyari və Rezayinejadın xatirələrini ehtiramla yad edirəm!

Seyid Əli Xamenei
12 yanvar 2012-ci il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /