İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər Qum şəhərində müxtəlif təbəqələri təmsil edən minlərlə insanla, ruhani alim və tələbələrlə görüşdü. Öz mühüm çıxışında Qumun 19 dey hadisəsini dünyadakı yeni dəyişikliklərin tarixinin başlanğıcı adlandıran Ali Məqamlı Rəhbər İslam dövlətinin ardıcıl olaraq qazandığı uğurlarda səbir və bəsirətin roluna toxundu. Düşmənin planlarının nəticəsiz qalmasına, İran xalqının qüdrətinin isə get-gedə daha da artmasına təsir göstərmiş iki mühüm amil, yəni İslam dövlətinin öz prinsipləri üzərində qətiyyətlə durması və xalqın ictimai-siyasi meydanlarda müdrik iştirakı haqda ətraflı danışan Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “İmperialist blokunun güman və təhlillərinin əksinə olaraq, bu gün İran İslam Respublikası nəinki Bəni-Haşimin “Əbi Talib dərəsi”ndə düşdüyü vəziyyətdə deyil, hətta belə desək, Bədr və Xeybərdəki vəziyyətdədir. Allahın lütfü və fəziləti ilə, camaatımızın növbəti parlament seçkilərindəki iştirakı – xalqın ölkənin müqəddəratına təsirinin daha bir təzahürü kimi – olduqca izdihamlı, düşmənin belini qıran səviyyədə olacaq. Qanuna tam riayət edərək sağlam rəqabətə əsaslanan bir seçki üçün şərait yaratmaq isə bütün namizədlərin və rəsmilərin borcudur”.
1356-cı il 19 dey (9 yanvar 1978-ci il) qiyamının ildönümündə baş tutan görüş zamanı Həzrət Ayətullah Xamenei Qum əhalisinin bu unudulmaz addımını şah rejiminin boğucu represiya atmosferində parlayan bir qığılcım kimi dəyərləndirərək dedi: “Bu hadisə ölkədə baş verəcək sonrakı müxtəlif hadisələrin, silsilə ərbəinlərin başlanğıcı oldu. 19 dey hadisəsi, əslində, İslam İnqilabının qələbəsi, İran xalqının müqavimət hərəkatı, Amerika və sionizmin içi puç olan zəhminin dağıdılması, İran xalqının başqa xalqlara örnək olması, ən nəhayət, regionda islami oyanışın baş qaldırması, mühüm və taleyüklü hadisələrin baş verməsi üçün zəmin yaratdı”.
Ali Məqamlı Rəhbər səbir və bəsirətin xalqların ardıcıl uğur və qələbələr qazanmasına təsir edən iki mühüm faktor olduğunu qeyd edərək dedi: “İran xalqı digər xalqların gözü önünə səbir və uzaqgörənlikdən qaynaqlanan uğurların ən böyük təcrübəsini sərgiləyib”.
O dedi: “Bəsirət – yolunu azmamaq, hədəfindən yayınmamaq, dolayı yollara üz tutmamaqdır. Səbir isə bir-birini əvəzləyən nəsillərin xalqın tutduğu kursa qətiyyətlə sadiq qalmasıdır. İslam İnqilabının hünəri o olub ki, xalq bu iki amili 30 ildən artıq müddətdə qoruyub saxlaya bilib”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, səbir və bəsirətin gücləndirilməsi, küfr və imperializm cəbhəsinin hegemonluğu, tamahkarlığı müqabilində İran xalqının uğurlarının və iqtidarının durmadan artırılması daha iki amildən asılıdır. O dedi: “İslam dövlətinin bütün varlığı və mahiyyəti ilə öz prinsipləri üzərində qətiyyətlə durması, bu prinsiplərdən yayınmaması, həmçinin xalqın siyasi-ictimai proseslərdə müdrik və uzaqgörən iştirakı düşmənin məkrli planlarından heç birinin nəticə verməməsinə səbəb olur”.
Amerika və sionistlər başda olmaqla, imperialist blokunun bu iki amili zəiflətmək üçün geniş fəaliyyət göstərdiyini qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Bütün səylərə baxmayaraq, İslam dövlətində bu iki amil var və Allahın lütfü ilə, gələcəkdə də olacaq!”
Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu iki amil biri-birindən ayrılsaydı, sözsüz ki, İslam dövlətinin uğurlarına zərbə dəyərdi. Çünki xalq meydanlarda, proseslərin mərkəzində olmasaydı, dövlətin başında duran rəsmilərin qətiyyət nümayiş etdirməsinə baxmayaraq, işlər irəli getməzdi. Eynilə dövlət rəsmilərinin tərəddüdlü davranışı da onların küfr və zəlalət ordusu qarşısında müdrik və qətiyyətli qərarlar qəbul etməsinə təsir göstərər, hökumətdə qarmaqarışıqlıq yaranar, bunun ardınca isə xalq ictimai-siyasi meydanlardan kənarlaşardı”.
İslam Respublikasında rəsmiləri tərəddüdə salmaq, onların iradəsini qırmaq, həmçinin xalq arasında pessimist əhval-ruhiyyə yaymaq üçün imperialist blokunun hər cür hiyləgər metoda əl atdığını qeyd edən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Qərb rəsmiləri dəfələrlə qeyd ediblər ki, İrana təzyiq göstərməkdə, bu ölkənin əleyhinə sanksiyalar tətbiq etməkdə məqsədləri xalqı yorub siyasi meydandan uzaqlaşdırmaq, dövlət rəsmilərimizi öz mövqelərini yenidən nəzərdən keçirməyə məcbur etməkdir. Lakin onlar yanılırlar və məqsədlərinə çatmayacaqlar, çünki haqq-hesablarında daim səhvə yol verən bu üzüqaralar elə güman edirlər ki, hal-hazırda İslam dövləti Bəni-Haşimin “Əbi Talib dərəsi”ndə düşdüyü şəraitdədir. Halbuki bu gün İran xalqı Bədr və Xeybər şəraitindədir!”
Ali Məqamlı Rəhbər əlavə etdi: “İran xalqı əksər hallarda başucalığı ilə, mərhələ-mərhələ qələbə qazanıb və önündə yeni qələbələrin nişanələrini görür. Belə bir şəraitdə imperialist bloku xalqı və rəsmiləri sanksiyalarla qorxutmaqla onların iradəsini qırmağa, xalqımızı siyasi meydanlardan uzaqlaşdırmağa çalışır. Halbuki İran xalqı bu vüqarlı yolu uzaqgörənliklə seçib, bu yolda irəli getmək üçün saysız-hesabsız əzab-əziyyətlərə qatlaşıb, ən əzizlərinin qanını fəda edib”.
“İran xalqının zirvələrə aparan yolda ardıcıl hərəkətini durdurmaq mümkün deyil!” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Düşmən xalqın və rəsmilərin iradəsini, əzmini elə bir şəraitdə qırmağa qalxıb ki, İslam Respublikasının bugünkü iqtidar və potensialı 20-30 il əvvəlki ilə müqayisəedilməzdir. İmperializm cəbhəsinin zahiri gücü və heybəti də hal-hazırda günü-gündən artan zəiflik və uğursuzluqla əvəz olunub”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Rəsmilərimizin Allahın qoyduğu yolla, din və axirət səadəti yolu ilə getməkdə iradəsi qəti və möhkəmdir. Xalqımız da bu əzəmətli hərəkata daim sabitqədəmliklə sadiq qalacaq!”
“Seçkilər ölkənin siyasi həyatında xalqın iştirakının nümayiş olunduğu arenadır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Hələ bir müddət öncədən küfr və imperializm cəbhəsi – mərkəzindən, “komandanlıq qərargahından” tutmuş daxildə və xaricdəki “piyadaları”na qədər – var qüvvəsi ilə xalqımızın parlament seçkilərindəki iştirakını passivləşdirmək üçün geniş fəaliyyətə keçmişdi. Lakin Allahın lütfü və fəziləti ilə, xalqın bu seçkilərdəki iştirakı düşmən beli qıran səviyyədə olacaq!”
Budəfəki parlament seçkilərinin damardan axan təzə qan kimi, İslam dövlətinə yeni ruh və dinamizm bəxş edəcəyini vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Bu mühüm və gözəl xüsusiyyətləri ilə yanaşı, seçkinin gətirə biləcəyi bəla və təhlükələr də vardır. Ehtiyatlı olmaq lazımdır ki, həmin bəlalar ortaya çıxmasın”.
2009-cu ildə baş tutan seçkilərin yaxşı və pis xatirələrlə dolu olduğunu qeyd edən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Həmin seçkidən bizə qalan ən gözəl xatirə xalqın seçki məntəqələrində 40 milyonluq möhtəşəm, valehedici iştirakı oldu. Ən pis xatirələr isə bəzi yaramaz, nadan, müəyyən hallarda isə inadkar insanların seçki prosesindəki siyasi cığallığı ilə bağlıdır”.
“İstənilən seçkinin nəticələrindən bir qrup insanın narazı qalması mümkündür” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu halda hər şeyi qanun müəyyən etməlidir. 2009-cu il seçkilərində isə bir qrup insan qanunu pozmaq, ölkəyə və camaata maddi ziyan vurmaq, düşməni sevindirmək, onun planlarını həyata keçirmək yolunu tutdu. Lakin onlar heç nəyə nail ola bilmədilər, çünki xalq meydanda idi. Nə qədər ki xalq meydandadır, ölkədə heç kəs qanuna zidd olan əməllərində irəli gedə bilməz”.
Ali Məqamlı Rəhbər 2009-cu il seçkilərindən sonra ölkədə baş vermiş hadisələrin bir təcrübə, ibrət dərsi olduğunu qeyd edərək dedi: “Seçki xalqın iştirakının, onun nəticəsi isə xalqın rəy və istəyinin təzahürüdür. Seçkinin nəticələrinə hər kəs hörmətlə yanaşmalıdır”.
Seçkinin sağlam rəqabət əsasında keçirilməli olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Rəqabət qarşılıqlı ədavət və böhtandan fərqli bir şeydir. Rəqabətin mənası özünü sübut etmək naminə başqalarını inkar etmək deyil. Rəqabət xalqı özübə cəlb etmək üçün qanuna zidd vədlər vermək deyil”.
Seçkiyə cavabdeh olan bütün rəsmiləri və namizədləri sağlam seçkilərin etikasına və şərtlərinə riayət etməyə çağıran Ali Məqamlı Rəhbər əlavə etdi: “Dövlət, DİN və Keşikçi Şura da daxil olmaqla, seçkinin icrasına nəzarət edən bütün rəsmi qurumlar xalqın verdiyi səsləri etibarlı şəkildə qəbul etmək, sağlam seçkilərin baş tutmasına şərait yaratmaq üçün bütün səylərini səfərbər etməlidirlər. Hamı bilməlidir ki, qanundan yüksəkdə heç bir şey dura bilməz!”
Ötən 30 il ərzində İran İslam Respublikasında 30-dan artıq sağlam seçkinin baş tutduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “İstər İmam Xomeyninin (r.ə) həyatda olduğu dövrdə, istərsə də onun vəfatından sonra ölkədə keçirilmiş müxtəlif seçkilərdə hansısa qeyri-sağlam situasiyanın yaranmasına, yaxud seçki nəticələrinin dəyişdirilməsinə səbəb olacaq heç bir hal baş verməyib, məhz xalqın rəyi və seçimi reallaşıb”.
Çıxışının davamında namizədlərlə bağlı müəyyən məqamları qeyd edən Həzrət Ayətullah Xamenei xalqdan bu məqamlara ciddi diqqət yetirməyi xahiş etdi. O dedi: “Namizədlər seçki marafonuna xalqa xidmət etmək niyyəti ilə qoşulmalıdırlar. Çünki kimlərsə hakimiyyətə gəlmək, sərvət toplamaq niyyəti ilə, yaxud başqa qeyri-sağlam motivlərlə seçkiyə qoşulurlarsa, ölkəyə və xalqa xidmət etməyəcəklər”.
“Namizədlərin maliyyə və hakimiyyət mərkəzləri ilə əlaqədə olması olduqca destruktiv bir haldır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu, dünyanın dırnaqarası demokratiyalarında, xüsusilə də Amerikada qəbul olunmuş bir metoddur: namizədlər zəngin kompaniyaların, şirkətlərin və şəxslərin dəstəyi ilə seçkiyə qoşulur, seçkidə qələbə qazandıqdan sonra həmin adamlardan asılı vəziyyətdə qalır və xalqa xidmət etmək əvəzinə, qüdrət və sərvət sahiblərinin mənafeyinə uyğun qanunlar çıxarırlar”.
“Xalqımız seçki üçün beytülmaldan istifadə məsələsinə də son dərəcə həssaslıqla yanaşmalıdır” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Seçki üçün beytülmaldan istifadənin eybi ikiqat artıqdır. Eyni zamanda, qeyd etmək lazımdır ki, hər adamı da bu cür işlərdə asanlıqla ittiham etmək olmaz”.
Xalqı namizədlərin seçimində diqqətli və həssas olmağa çağıran Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Düzgün seçim etmək üçün iki yol var: ya insan özü araşdırma aparıb bir nəticəyə gəlməli, ya da onunla Allah arasında höccət olan şəxslərin rəyindən istifadə etməlidir”.
Ali Məqamlı Rəhbər: “Ümidvaram ki, Allahın lütfü, xalqın seçkidə izdihamlı iştirakı və düzgün seçimi sayəsində, İslam dövlətinə layiq bir parlament təşkil olunacaq” – dedi.
Həzrət Ayətullah Xamenei parlament seçkilərinin müsəlman xalqları üçün də mühüm və təsirli olduğunu qeyd edərək dedi: “Məhz buna görə də Amerika, İngiltərə, sionistlər və başqaları da daxil olmqla imperializm maşını bu seçkiyə ləkə vurmağa, onun gedişini digər xalqları məyus edəcək formada qələmə verməyə çalışır”.
Ali Məqamlı Rəhbər vurğuladı: “İran xalqı seçki və inqilabçılıq məsələsində xalqların avanqardı olan bir xalqdır. Sözsüz ki, başqa xalqların gözü bu seçkiyə dikilib”.

Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir