Bu gün (çərşənbə günü) axşam yüzlərlə müətəfəkkir, tədqiqatçı, elmi əsər müəllifi, universitet və teoloji mərkəz müəllimi İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə birgə İslam Respublikasında keçirilən sayca 3-cü strateji ideyalar konfransında iştirak edərək “Qadın və ailə” mövzusunda fikir mübadiləsi apardılar, problemin müxtəlif aspektlərini araşdırdılar.
Daha öncəki iki iclası “Tərəqqinin İran-İslam modeli” və “Ədalət” mövzularına həsr edilmiş strateji ideya konfranslarının keçirilməsində məqsəd ölkədə fərqli rəy və düşüncələrin ifadəsi, praktik elmi diskursun formalaşdırılması, ehtiyac duyulan strateji mövzularla bağlı mühüm qərarların qəbulu üçün elmi-professional atmosferin yaradılmasıdır.
4 saata yaxın davam edən iclasda konfransın katibliyinə təqdim olunmuş 188 elmi məqalə və tədqiqat işi arasından ən yaxşıları kimi seçilmiş 10 elmi işin müəllifi çıxış edərək mövzi ilə əlaqədar rəy və fikirlərini bildirdilər.
Elmi məqalələrin təqdimatından sonra çıxış edən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bildirdi ki, alim və mütəfəkkirlərin iştirakı ilə silsilə strateji ideya konfranslarının keçirilməsində məqsəd mütəxəssislərin fikir mübadiləsini təmin etməklə müxtəlif elmi görüşlərdən istifadəyə zəmin yaratmaq, ortaya gələcək fəaliyyətlərin planlaşdırılması və icrası üçün əsas rolunu oynayacaq düzgün və kompleks bir fikir qoymaqdır. O vurğuladı: “Əsas və prinsipial mövzular ətrafında davam edəcək bu konfranslarda əldə olunan nəticələr fundamental xarakterli və dərin mahiyyətli olmalı, onların ictimaiyyətə problemsiz şəkildə təqdimatı və müdafiəsi mümkün olmalıdır”.
O dedi: “Əvvəlki iki iclasda müzakirəyə çıxarılmış mövzularla bağlı müsbət tədbirlər görülüb və həmin istiqamətlərdə ciddi iş gedir”.
“Qadın və ailə” probleminin ölkənin birinci dərəcəli problemi olduğunu vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Qadın və ailə” mövzusu ilə bağlı İslam dinində çox gözəl və fundamental mənbələr, təlimlər mövcuddur. Bu təlimlər üzərində nəzəri iş aparıb, istifadə üçün məqbul sayıla bilən konsepsiyalar formasına saldıqdan sonra onları hər kəsin istifadəsinə vermək lazımdır”.
İslam dövlətində qadınların rolunun və payının çox yüksək və misilsiz olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “İnqilabdan öncəki mübarizə mərhələsində, İslam İnqilabının qələbəsində, inqilabdan sonra – xüsusilə də son dərəcə ağır keçən Müqəddəs Müdafiə illərində, müxtəlif sferalarda qadınların rolu effektiv, qabarıq və əvəzsiz, heç bir ölçü və meyara gəlməyəcək səviyyədə olmuşdur”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “İlk olaraq qadınların yüksək rolunu və mövqeyini dərk edən, müxtəlif sferalarda onların qabarıq fəaliyyəti üçün zəmin yaradan şəxs dahi İmam Xomeyni (r.ə) oldu. Eynilə xalqın mövqeyini, onun ictimai-siyasi proseslərdə iştirakının verə biləcəyi effekti ilk olaraq düzgün dərk edib qiymətləndirən də dahi imamımız idi”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “İmam (r.ə) xalqın qədrini bildi, onun bacarığını dəyərləndirdi və bu dəyərləndirmə əsasında ona etimad göstərdi. Xalq da müxtəlif sferalarda imamın çağırışına cavab verdi. Bütün təbəqələr ehtiyac duyulan hər bir sahədə canla-başla işə girişdilər. Bu müdrik və vacib iştirak bu gün də davam etməkdədir”.
Ölkənin bu ümummilli iştirakın fonunda, qadınların da fəal iştirakına ehtiyac duyduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Məhz buna görə də biz qadınların cəmiyyətdəki potensialını və rolunu qoruyub saxlamağa çalışmalıyıq”.
Ali Məqamlı Rəhbər qeyd etdi ki, qadın probleminə önəm verilməsi zərurətini ortaya çıxaran ikinci mühüm səbəb qadının ailədəki əsas və aparıcı roludur.
O dedi: “İslam dininin yanaşmasına görə, ailə cəmiyyətin çox mühüm dayağı, əsas hüceyrəsidir. Belə ki sağlam, dinamik və xoşbəxt ailələr olmadan cəmiyyətin inkişafı, xüsusilə də mədəni inkişafı mümkün deyil. Mömin və müdrik qadınlar olmadan isə bu cür ailələr qurula, yaşamını davam etdirə bilməz”.
“Düşmənlər İslam dövlətinin üzərinə siyasi-təbliğat hücumları həyata keçirmək üçün qadın mövzusundan əldə əsas kimi istifadə edir, diqqəti bu problemin üzərində cəmləşdirirlər. Bu, qadın probleminə hərtərəfli önəm verilməsini vacib edən üçüncü səbəbdir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Biz dünya ictimaiyyəti arasında maarifləndirmə işi apararaq imkan verməməliyik ki, Qərb siyasətçilərinin İslamın qadınla bağlı təlimlərinə hücum planları ilə qarşıya qoyduqları məqsədlər reallaşsın”.
Ali Məqamlı Rəhbər mövzu ilə əlaqədar olaraq, Qərbin ailə probleminin müzakirəsindən çox ustalıqla qaçdığını da qeyd edərək dedi: “Qərblilər qadın problemini çox kəskin formada ortaya qoyurlar, ailə probleminin isə adını çəkməkdən belə, qaçırlar. Çünki ailə məsələsi onların bariz şəkildə zəif olan cəhətlərindən biridir”.
Həzrət Ayətullah Xamenei “Qadın və ailə” problemi ilə bağlı çoxlu sayda görülməmiş işlər olduğunu qeyd edərək vurğuladı: “Mövzu ilə bağlı konkret nəzəriyyənin işlənib hazırlanması, diskursun formalaşdırılması ölkəmizin real ehtiyacıdır. Bu ehtiyac universitetlərimizdə və teoloji mərkəzlərimizdə fəaliyyət göstərən elm adamlarının və mütəxəssislərin, ruhanilərin diqqət mərkəzində durmalıdır. Əlbəttə ki, diskursun yaradılmasında medianın da rolu önəmlidir”.
Ali Məqamlı Rəhbər qeyd etdi ki, bu sahədə nəzəriyyə və konsepsiyaların işlənib hazırlanması üçün iki vacib şərt var: 1. Tədqiqat işlərinə kifayət qədər maddi vəsaitin ayrılması; 2. “Qadın və ailə” problemi ilə bağlı dünyada geniş yayılmış nəzəriyyələrin araşdırılması və tənqidi işində passivliyə yol verməmək. O, əlavə etdi: “Əlimizdəki zəngin elmi potensial əsasında yaxın və uzaq gələcəkdə islami mənbələrdən onlarla mütərəqqi nəzəriyyə və model əldə edərək ictimaiyyətə təqdim etməliyik”.
Qərbin qadına yanaşmasını çox dərin yanlışlıq və sapıntı, qadının böyüklüyünə qarşı ən böyük təhqir hesab etdiyini deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hətta ən ifratçı feminstlər belə, özlərinin güman etdiyinin əksinə olaraq, qadına ən əsaslı zərbələri vurmaqdadırlar. Çünki qadının qədir-qiymətini itirməklə onu şəhvətpərəst kişilərin əlində oyuncağa çeviriblər. Təəssüf ki, bu, Qərb ictimaiyyəti üçün də adi və məqbul bir hal alıb”.
İslamın qadına baxışının fövqəladə dərəcədə yüksək olduğunu qeyd edən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “İslamın prinsipial yanaşmasında, hər ikisinin insan olması etibarilə, qadın kişidən heç nə ilə fərqlənmir. Quran ayələrinə görə, mənəvi yüksəliş və Allaha yaxınlaşma yolunda qadın və kişi tamamilə bərabərdirlər”.
İslamın ailəyə yanaşmasının da son dərəcə ülvi və gözəl olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Qadınların üzləşdiyi problemlərin əksəriyyəti ailə ilə bağlıdır. Qanunvericiliyimizdə və adət-ənənəmizdə bu məsələ ilə bağlı insanda heyrət doğuran, çoxlu sayda boşluqlar var. Bu problemlər həll olunsa, qadınların cəmiyyətdə üzləşdiyi problemlər də azalar, dözülə bilən səviyyəyə enər”.
Cinsi mənsubiyyətin İslamda ikinci dərəcəli, qeyri-prinsipial bir məsələ olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İslamda kişi və qadın üçün cinsiyyət məsələsi həyatdakı funksiyalarını yerinə yetirmələri baxımından məna və əhəmiyyət kəsb edir, onların mövqe və statusuna isə bunun heç bir təsiri yoxdur”.
Ali Məqamlı Rəhbər həyatda bir ana və həyat yoldaşı kimi qadının öhdəsinə düşən rolun son dərəcə mühüm olduğunu deyərək əlavə etdi: “Yaxşı həyat yoldaşı kişini cəmiyyətin faydalı və effektiv bir elementinə çevirə bilər”.
Həzrət Ayətullah Xamenei cəmiyyətdə qadınların məşğulluğu məsələsinin heç bir maneəsi olmayan, məqbul bir məsələ olduğunu bildirərək aşağıdakıları vurğuladı: “Bu məsələdə iki əsas şərtə lazımınca riayət olunmalıdır: birincisi, qadının məşğulluğu onun əsas işi sayılan evini və ailəsini, mühüm bir məsuliyyət olan həyat yoldaşı və analıq vəzifəsini kölgədə qoymamalıdır, ikincisi isə məhrəm-naməhrəm məsələsi tam olaraq gözlənməlidir”.
İşləyən qadınlara dəstək olmağı hökumətə tövsiyə edən Ali Məqamlı Rəhbər dedi: “Hökumətin proqramları elə qurulmalıdır ki, işləyən qadınlar özlərinin əsas vəzifəsi ilə – ev-eşik və ailələri ilə məşğul ola bilsinlər”.
Nikahın müxtəlif dinlərdə, özəlliklə də İslamda müqəddəs bir məsələ olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Ağır mehriyyələr, dəbdəbə xatirinə olan lüzumsuz, artıq xərclər və bu kimi çirkin işlərlə cəmiyyətdə nikahın müqəddəsliyi məhv edilməməlidir”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, sadə, az xərc tələb edən, Peyğəmbər (s) sünnəsinə uyğun mehriyyə ilə kəsilən nikahların geniş yayılması üçün cəmiyyətdə bu istiqamətdə konkret diskursun formalaşmasına ehtiyac var. O, əlavə etdi: “Bu diskursun formalaşmasında cəmiyyətdə nüfuzu olan şəxslərin, universitet və teoloji mərkəz müəllimlərinin, KİV-in, xüsusilə də “Səda və sima” Dövlət Teleradiosunun rolu mühümdür”.
Ailə ocağının qorunmasında kişinin rolunun da çox effektiv olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Kişinin mühüm vəzifələrindən biri də qadının evdəki rolunu, çəkdiyi zəhməti daim qiymətləndirməkdir. Xüsusilə də evdən kənarda işləmək imkanı olan, lakin analıq missiyasını lazımınca yerinə yetirmək xatirinə evdə oturmağı seçən xanımların qədrini bilmək lazımdır”.
Ali Məqamlı Rəhbər vurğuladı ki, belə qadınların dəyərini bilmək, onları maddi müstəqillik və sığorta baxımından təmin etmək lazımdır.
Çıxışının sonunda ailədə övladların roluna toxunan Həzrət Ayətullah Xamenei qeyd etdi ki, onların öhdəsinə düşən mühüm rollardan biri valideynlərinə hörmətlə yanaşmaqdır.
Görüş zamanı Ali Məqamlı Rəhbərin çıxışından öncə aşağıda adları sadalanan xanımlar və cənablar elmi məqalələri ilə çıxış etdilər:
- Xanım Dr. Nəvvabinejad – Pedaqoji Universitetin müəllimi;
- Cənab Dr. Bankipurfərd – İsfahan Universitetinin dosenti;
- Xanım Əlasvənd – Universitet və teoloji mərkəzin müəllimi;
- Höccətül-İslam Piruzmənd – Universitet və teoloji mərkəzdə fəaliyyət göstərən tədqiqatçı;
- Xanım Dr. Mirxani – Ruhani Tədris Universitetinin elmi şurasının üzvü;
- Xanım Dr. Əzimzadə – İmam Sadiq (ə) adına Universitetin elmi şurasının üzvü;
- Xanım Dr. Elmülhuda – Şəhid Beheşti adına Universitetin dosenti;
- Xanım Zəfərançı – Humanitar Elmlər və Kulturoloji Tədqiqatlar Mərkəzində fəaliyyət göstərən qadın problemləri ilə bağlı araşdırmalar qrupunun rəhbəri;
- Xanım Sabiri – Universitetin tədqiqatçısı;
- Höccətül-İslam Zibayinejad – Qum Teoloji Mərkəzi nəzdində fəaliyyət göstərən qadın problemləri ilə bağlı tədqiqat və araşdırmalar şöbəsinin rəsmisi;
Çıxış edənlər aşağıdakı məqamları vurğuladılar:
- Ailəni təhdid edən mövcud təhlükələrin tanınması zərurəti və arzuolunan ailə modelinin təqdim edilməsi;
- Din və mənəviyyatla insanın fərdi, ictimai və ailə həyatındakı sağlam psixoloji durumu arasında mühüm əlaqənin mövcudluğu;
- Tərəqqinin İran-İslam modelində ailə anlayışına münasibətdə mövcud olan yanaşma ilə Qərbə xas inkişaf modelindəki yanaşma arasındakı fərqlilik;
- Nikah yaşında müşahidə olunan nisbi artımın səbəblərinin araşdırılması zərurəti;
- Nikaha əngəl olan ictimai, mədəni və iqtisadi amillərin kökünə diqqət yetirmənin vacibliyi;
- Nikahları asanlaşdıracaq qanunların işlənib hazırlanmasının və icrasının vacibliyi;
- Qadınların ictimai əməyi ilə bağlı daha mükəmməl nəzəriyyənin seçilməsi;
- Qanunvericilikdə qadın və kişilər üçün onların təbii xüsusiyyətlərinə uyğun məşğulluq imkanlarının yaradılmasına dəstək verilməsi;
- Ailə ocağının və ananın daşıdığı böyük missiyanın reallaşması istiqamətində planlı və məqsədyönlü fəaliyyətin həyata keçirilməsi;
- Feminizmlə ailənin gerçək funksiyası arasında mövcud olan ziddiyyətlə bağlı maarifləndirmə işinin aparılması;
- Qadınların təhsili sferasında siyasət prinsiplərinin dəyişdirilməsi;
- Müsəlman qadınların beynəlxalq ictimaiyyətdə mövcud olan qadın hüquqları sistemlərinə təsir etmə metodları;
- Dünya qadınlarının diqqətini cəlb etmək üçün İslama xas maraqlı və diqqətəlayiq diskursun təqdim olunması;
- Qadınların iqtisadi təhlükəsizliyinin pozulması ilə bağlı mövcud olan vəziyyətin düzgün qiymətləndirilməsi və bu vəziyyətdən çıxış yollarının aşkarlanması;
- Qadın və ailə anlayışları ilə bağlı nümunəvi modelin yaradılması üçün administrativ fiqhin imkanlarından istifadə.

Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir