Bu gecə (çərşənbə axşamı) Ali Məqamlı Rəhbərin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Kərbəla karvanının başçısı Əba Əbdillah Hüseynin (ə), onun sadiq əshabələrinin və yoldaşlarının matəminə həsr edilmiş “Şam-e qəriban” mərasimi təşkil olundu.
Hökumət adamlarının və xalqın müxtəlif təbəqələrini təmsil edən yüzlərlə insanın iştirak etdiyi mərasimdə Höccətül-İslam vəl-muslimin Seyid Əhməd Xatəmi əzəmətli Aşura hadisənin müxtəlif aspektləri haqda danışdı, daha sonra əsərlərini pak və məsum Əhli-Beytə (ə) həsr edən şer-sənət adamları İmam Hüseynin (ə) və silahdaşlarının çəkdiyi müsibətləri yada saldılar.
İmam Xomeyni (r.ə) adına hüseyniyədə keçirilən əza mərasimi cümə axşamı gününə – məhərrəm ayının 12-nə qədər davam edəcək.