Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

İmam Hüseynə (ə) həsr edilmiş ikinci matəm gecəsində iştirak etdi

Bu gecə (bazar günü, tasua gününə keçən gecə) Ali Məqamlı Rəhbərin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə şəhidlər ağası Əba Əbdillah Hüseynə (ə) həsr olunmuş ikinci matəm mərasimi təşkil olundu.
Nazirlərin, dövlət rəsmilərinin və xalqın müxtəlif təbəqələrini təmsil edən yüzlərlə insanın iştirak etdiyi mərasimdə Əba Əbdillah Hüseynin (ə) qiyamının müxtəlif aspektləri açıqlandı, daha sonra pak və məsum Əhli-Beyti (ə) mədh edən şairlər Kərbəla rəhbəri İmam Hüseynin (ə), o həzrətin ailə üzvləri və əshabələrinin çəkdiyi müsibətləri bir daha şerin dili ilə xatırladılar.
700 /