Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam İnqilabı İrana qürur və nüfuz bəxş etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ordunun Hərbi Donanmasının yüksək rütbəli komandanları və rəsmiləri ilə bu gün (bazar ertəsi) günorta baş tutan görüşü zamanı İslam İnqilabından sonra donanmanın getdikcə artan, olduqca müsbət irəliləyişlər əldə etdiyini qeyd edərək dedi: “İslam İnqilabı xalqımıza və rəsmilərimizə milli qürur bəxş etdi. Məhz bu milli qürurun bərəkəti sayəsində İran bir yumruqda birləşərək ən böyük imperialistlərin və işğalçıların iradəsinin əleyhinə çıxdı, onların iradəsini qırdı”.
İran İslam Respublikası Ordusunun Hərbi Donanma Günü kimi qeyd olunan 7 azər günündə baş tutan görüş zamanı Ali Baş Komandan ölkənin cənub sularında təhlükəsizliyin təmin olunmasının böyük önəm daşıdığını qeyd edərək dedi: “Əgər bu gün ölkəmizin hərbi donanması 7 azər günü kimi bir sınaq meydanı ilə üzləşsə, daha möhtəşəm və ürəkaçan reaksiya nümayiş etdirər. Bu güc və potensialın nişanələri hal-hazırda açıq-aşkar görünür”.
Xalqları alçaltmaqda, tarixi-mədəni miraslarını məhv etməkdə, onlara acizlik və bacarıqsızlıq psixologiyası aşılamaqda, təbii resurslarını və mənafelərini ələ keçirməkdə müstəmləkəçilərin, xüsusilə də İngiltərənin uzun bir keçmişə malik olduğuna toxunan Həzrət Ayətullah Xamenei dedi: “Qacarların, xüsusilə də Pəhləvilərin hakimiyyəti dövründə ölkənin dövlət adamları müstəmləkəçilərin iradəsi qarşısında aciz idilər. Düşmən qarşısında özünü zəif hiss edən xalq isə heç bir işin öhdəsindən gələ bilməz. Lakin İslam İnqilabı İrana qürur və nüfuz bəxş etdi. Bunun qiymətini hər kəs bilməlidir!”
Görüş zamanı Ali Baş Komandan Ordunun və Keşikçi Korpusun dəniz qüvvələrinə aşağıdakı iki mühüm tövsiyəni də verdi:
1.Hərbi vəzifənizi ikiqat artıq ciddiyyət və əzmlə yerinə yetirin;
2.Hərbi sahədə müxtəlif bacarıqların, elmi potensialın artırılması, ciddi əzm və iradə, habelə dindarlıq baxımından daxili strukturunuzu möhkəmləndirin.
Ali Məqamlı Rəhbərin çıxışından öncə Ordunun Hərbi Donanmasının komandanı admiral Səyyari İrana məxsus dəniz qüvvələrinin 1359-cu il 7 azər günü (28 noyabr 1980-ci il) imza atdığı tarixi qəhrəmanlığı yada salaraq İİR Ordusunun Dəniz Donanmasının beynəlxalq sularda nüfuzlu iştirakı, su sərhədlərindəki kəşfiyyat uğurları, dəniz donanmasının raket müdafiə qabiliyyətinin gücləndirilməsi, Ordu və Keşikçi Korpusun dəniz qüvvələri arasında birgə səylərin və həmrəyliyin artırılması, bu qüvvələrin transregional sularda iştirakla bağlı gələcək planları haqda hesabat təqdim etdi.
700 /