Bu gecə (çərşənbə günü) – İmam Səccadın (ə) şəhadət gecəsində Ali Məqamlı Rəhbərin, xalqın müxtəlif təbəqələrini təmsil edən insanların və hökumət rəsmilərinin iştirakı ilə əza mərasimi keçirildi.
Mərasimim keçirildiyi İmam Xomeyni (r.ə) adına hüseyniyə və ətraf küçələr Hüseynə (ə) yas tutan insanlarla dolu idi. Mərasim boyu əzadarlar pak və məsum Əhli-Beytin (ə) Aşura faciəsindən sonra çəkdiyi müsibətlərə, İmam Səccadın (ə) əzab-əziyyətlərinə göz yaşı axıtdılar.
İmam Xomeyni (r.ə) adına hüseyniyədə keçirilən əza mərasimi sabaha (məhərrəm ayının 12-si, cümə axşamı gününə) qədər davam edəcək.