Dünən (çərşənbə axşamı) axşam saatlarında şəhid general Həsən Tehrani Moqəddəmin evinə gedən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei onun ailə üzvləri ilə görüşüb söhbət etdi.
Şəhidin ailə üzvləri ilə söhbət edən Ali Məqamlı Rəhbər Hacı Həsən Moqəddəmin böyük əzmlə, saf ilahi niyyətlə çalışdığını qeyd edərək dedi: “Belə fəal kadrların qazandığı əcr və savabdan onların ailə üzlərinə də pay düşür”.
“Şəhid ailələrinin nümayiş etdirdiyi səbir axirət üçün dəyərli bir ehtiyatdır” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Ölkəmiz və inqilabımız bu günə qədər olduğu kimi, bundan sonra da şəhidlərin amalları və iradəsi yolunda dinamik templə irəliləməyə davam edəcək”.