İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin başsağlığı müraciətində Keşikçi Korpusun Özünütəminetmə Cihadı Təşkilatının sıralarından şəhid olmuş hərbçilərin, xüsusilə də briqada generalı komandir Həsən Moqəddəmin xatirəsi böyük ehtiramla yad edilərək aşağıdakı fikirlər qeyd olunur: “Yüksək keyfiyyətləri ilə seçilən bu peşəkar kadrların zəhmətinin məhsulu indi cihad ruhlu döyüşçülərimizin ixtiyarındadır və o kollektivin yetirmələri bu nurlu kursu davam etdirmək üçün lazımi qədər bacarıqlıdır”.
Müraciətin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə!
Vətən yolunda canından keçməyə hazır olan bu cəsur insanlar daim sinələrini önə verərək, böyük əzmlə təhlükənin üzərinə atılmış, Müqəddəs Müdafiə dövründə, eləcə də o illərdən sonra yorğunluq hissini heç vaxt özlərinə yaxın buraxmamışlar. Şəhadət, sözsüz ki, onların ən böyük arzusu idi, lakin böyük insanların vəfatı istənilən ölkə və cəmiyyət üçün təəssüfləndirici itkidir. Biz hamımız bu əziz insanların möhtərəm ailə üzvlərinin kədərinə şərik və həmdərdik. Allaha şükürlər olsun ki, yüksək keyfiyyətləri ilə seçilən bu peşəkar kadrların zəhmətinin məhsulu indi cihad ruhlu döyüşçülərimizin ixtiyarındadır və o kollektivin yetirmələri bu nurlu kursu davam etdirmək üçün lazımi qədər bacarıqlıdır.
Əzizlərim! Allahın sonsuz mərhəmətinə ümidlə, şəhidlərinizin yolunu davam etdirərək səylərinizi və əzminizi ikiqat artırın ki, hər kəs bunu əvvəlkindən də yaxşı bilsin: bizim üçün şəhadət Allahın nəsib etdiyi mənəvi dəstək və uğurdur, daha üstün bərəkət və yüksəliş mənbəyidir. Şəhid olmuş hərbçilərin qohumlarına, dostlarına və həmkarlarına səmimi-qəlbdən başsağlığı verirəm.
Seyid Əli Xamenei
16 noyabr 2011-ci il
Müraciətin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə!
انا لله و انا الیه راجعون
İslam İnqilabı Keşikçiləri Korpusunun bazalarından birində baş vermiş və dəyərli komandan, görkəmli elm xadimi, təvazökar mömin Həsən Moqəddəm başda olmaqla, qurumun bir qrup peşəkar hərbçisinin şəhadəti ilə nəticələnmiş qanlı hadisə acı və kədərləndirici bir fakt idi.Vətən yolunda canından keçməyə hazır olan bu cəsur insanlar daim sinələrini önə verərək, böyük əzmlə təhlükənin üzərinə atılmış, Müqəddəs Müdafiə dövründə, eləcə də o illərdən sonra yorğunluq hissini heç vaxt özlərinə yaxın buraxmamışlar. Şəhadət, sözsüz ki, onların ən böyük arzusu idi, lakin böyük insanların vəfatı istənilən ölkə və cəmiyyət üçün təəssüfləndirici itkidir. Biz hamımız bu əziz insanların möhtərəm ailə üzvlərinin kədərinə şərik və həmdərdik. Allaha şükürlər olsun ki, yüksək keyfiyyətləri ilə seçilən bu peşəkar kadrların zəhmətinin məhsulu indi cihad ruhlu döyüşçülərimizin ixtiyarındadır və o kollektivin yetirmələri bu nurlu kursu davam etdirmək üçün lazımi qədər bacarıqlıdır.
Əzizlərim! Allahın sonsuz mərhəmətinə ümidlə, şəhidlərinizin yolunu davam etdirərək səylərinizi və əzminizi ikiqat artırın ki, hər kəs bunu əvvəlkindən də yaxşı bilsin: bizim üçün şəhadət Allahın nəsib etdiyi mənəvi dəstək və uğurdur, daha üstün bərəkət və yüksəliş mənbəyidir. Şəhid olmuş hərbçilərin qohumlarına, dostlarına və həmkarlarına səmimi-qəlbdən başsağlığı verirəm.
Seyid Əli Xamenei
16 noyabr 2011-ci il