Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Qədir şəhidlərinin dəfn mərasimində iştirak etdi!

Bu gün (bazar ertəsi) səhər Ali Baş Komandan Həzrət Ayətullah Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun Özünütəminetmə Cihadı Təşkilatının sıralarından şəhid olmuş hərbçilərin (Qədir şəhidlərinin) dəfn mərasimində iştirak etdi.
Keşikçi Korpusun Baş Komandanlıq Qərargahının “İmam Hüseyn (ə) aşiqləri” adlı hüseyniyəsinə gələn Ali Məqamlı Rəhbər Korpusun Özünütəminetmə və Tədqiqat Cihadı Təşkilatının rəisi, komandir Həsən Tehrani Moqəddəmin, habelə Əlborz vilayətinin Məlard nahiyəsindəki, Korpusa məxsus hərbi bazada baş verən partlayış nəticəsində şəhid olmuş bütün şəhidlərin ruhuna “Fatihə” oxuyaraq Allahdan bu əziz insanlara dərgahında ən ali dərəcələri nəsib etməsini dilədi.
700 /