Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Kirmanşah vilayətinin əlil və veteran xanımları ilə görüşdü

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər Kirmanşah vilayətində yaşayan, İslam İnqilabı və İslam Respublikası uğrunda xidmətləri olmuş veteran və I qrup əlil xanımlardan bir qrupu ilə görüşdü. Həzrət Ayətullah Xamenei səbir və vüqar simvolu olan bu qadınların çox yüksək təqdirə layiq olduqlarını dedi.

Səmimiyyət və mənəviyyat dolu bir atmosferdə keçən görüş zamanı Kirmanşah vilayətinin əlil və veteran xanımları İslam dininə və İslam İnqilabına sevgi və sədaqətdən söz açdılar. Ali Məqamlı Rəhbər isə onların dözüm və imanını yüksək dəyərləndirərək bildirdi ki, bu böyük qadınların və onların ailə üzvlərinin sədaqət və fədakarlığının gerçək mükafatı Uca Yaradanın sonsuz əcridir.

Görüşdə Kirmanşah vilayətində yaşayan bir neçə şəhid döyüşçü və komandir ailəsi də iştirak edirdi.




Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir




700 /