Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Əziz şəhidlərin xatirəsini böyük ehtiramla yad etdi

Bu gün (cümə axşamı) səhər – Müqəddəs Müdafiə şəhidlərinin, əlil və veteranlarının anım günündə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam İnqilabı uğrunda və Məcburi Müharibədə həyatını itirmiş əziz şəhidlərin xatirəsini böyük ehtiramla yad etmək məqsədilə xalqa müraciət etdi.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

İslam İnqilabının düşmənləri, İran İslam Respublikasının bədxahları tərəfindən hazırlanan hiylə və məkrlərə qarşı İran xalqının ümummilli və möhtəşəm cihadı olan Müqəddəs Müdafiənin ilk günündə vüqarlı və aliməqam şəhidlərimizin xatirəsini sonsuz ehtiramla yad edir, Uca Tanrıdan onlara Behiştin ən ali dərəcələrini nəsib etməsini diləyirəm. Həmçinin misilsiz səbir və dözümü ilə İran xalqına tarixdə parlaq sima qazandırmış nəcib və fədakar şəhid ailələrinə səmimi qəlbdən salamlarımı, ehtiramımı və məhəbbətimi çatdırıram.

Bu gün ölkəmizin tərəqqi və çiçəklənməsi, bunun İslam aləminin oyanışına göstərdiyi dərin təsir əziz şəhidlərimizin fədakarcasına etdiyi mücahidələrin dəyərini bir daha aşkara çıxarmışdır. Hikmətli və Qadir Allaha şükür edirik ki, şəhidlərimizin qanı hədər getmədi, bu fədakarlıqlar İslam ümmətinə yeni bir nəfəs verdi. Gizli və aşkar lütflərinə görə hamımız Uca Yaradana şükürlər etməli, dərgahına dualar edərək bu lütflərin davamını və artırılmasını diləməli, öhdəmizə düşən vəzifələrə layiqincə əməl edə bilməyimiz üçün Ondan mənəvi dəstək və yardım istəməliyik. Ümidvarıq ki, İmam Mehdi Sahibəzzamanın (ə.f) müqəddəs qəlbi, şəhidlərimizin və İmam Xomeyninin (r.ə) pak ruhları hamımızdan məmnun qalacaq.

Allahın salamı və rəhməti nəsibiniz olsun!

Seyid Əli Xamenei
22 sentyabr 2011-ci il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /