Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bu gün müsəlman ölkələri və xalqları üçün böyük imtahan günüdür!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İmam Xomeyni (r.ə) adına hüseyniyədə hökumət rəsmiləri və xalqın müxtəlif təbəqələrinin təmsilçiləri ilə bu gün keçirdiyi görüş zamanı qeyd etdi ki, regiondakı islami oyanış müsəlman xalqlarının öz nəcib müsəlman kimliklərinə qayıdışıdır. O vurğuladı: “İslam ümmətinin əzəmət və ehtişamı İslamın qüdrətinə geri dönməkdə, Allaha təvəkkül etməkdə, öz heyrətamiz bacarığını dərk etməkdədir”.

“Regiondakı islami oyanış, öz müqəddəratını təyin etmə haqqına sahib olmaq istəyən xalqların meydanlara çıxması İslam tarixində olduqca mühüm və dəyərli bir təcrübədir” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu gün Misir, Tunis, Liviya, Yəmən, Bəhreyn və bəzi digər ölkələrdə baş verən hadisələr müsəlman xalqları üçün həlledici və taleyüklü hadisələrdir”.

Ali Məqamlı Rəhbər aşağıdakıları da qeyd etdi: “Müsəlman xalqlarının iradəsi onların ölkəsinə müdaxilə etmək istəyənlərin iradəsinə üstün gələ bilsə, müsəlman ölkələri uzun müddət irəliyə doğru hərəkət edəcəklər”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Lakin əgər imperializm dünyası, müstəmləkəçiliyin başında duranlar və qlobal sionizm, o cümlədən zalım və imperialist ABŞ hökuməti bu dalğaları ram edə bilsə və hadisələrin gedişinə nəzarəti ələ alsa, heç şübhəsiz, İslam dünyası onilliklər boyunca böyük problemlərə düçar olacaq”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, belə arzuolunmaz bir halın qarşısını almaq üçün İslam ümmətinin, xüsusən də İslam dünyasının görkəmli siyasət və mədəniyyət xadimlərinin öhdəsinə mühüm və həssas bir vəzifə düşür. O vurğuladı: “Bu gün müsəlman ölkələri və xalqları üçün böyük imtahan  günüdür. Çünki müsəlman xalqları nəyə qadir olduqlarını, özlərində olan heyrətamiz və effektiv gücü dərk ediblər”.

“Böyük İran xalqının ötən 30 il ərzindəki fəaliyyəti Allahın göstərdiyi doğru yol ilə getmək naminə dözümlülük nümayiş etdirməyə, bütün güc və bacarığından bəhrələnməyə ən bariz nümunədir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu 30 illik dözüm və mübarizənin nəticələri özünü indi büruzə verir. Hazırkı etap İran xalqının tarixində ən parlaq etaplardan biridir”.

Həzrət Ayətullah Xamenei dedi: “Bu 30 il ərzində bir-birinin ardınca gələn nəsillər vahid məqsəd və stimulla imperializmin təzyiqlərinə, o cümlədən sanksiyalara, hərbi, siyasi və təhlükəsizlik təhdidlərinə müqavimət göstəriblər və bu gün İran xalqı sevilən, qüdrətli, mütərəqqi, gələcəyə ümidlə baxan, işıqlı üfüqlərə malik olan bir xalqdır”.

Görüşün əvvəlində ölkə başçısı cənab Mahmud Əhmədinejad iştirakçıları Ramazan bayramı münasibətilə təbrik edərək qeyd etdi ki, Ramazan ayının insanlara öyrətdiyi üç böyük dərs sırf ixlas və ibadəti, sevgi və güzəşti, habelə gələcəyə ümidlə baxmağı məşq etməkdən ibarətdir. O dedi: “Ramazan bayramı özündə ilahi dəyərlərin hökmranlığını, dinin rəhbərliyini,  sevgi və ümidi əks etdirən bir bayramdır”.

Ölkə başçısı dünya imperializminin bəşəriyyətə qarşı yol verdiyi zülm və cinayətlərə, xüsusilə də cinayətkar ABŞ dövlətinin və üzdəniraq sionistlərin Fələstinə təcavüz etməkdə, oranın əhalisini kütləvi şəkildə qırmaqda israrlı olduqlarına toxunaraq vurğuladı: “Vahid Allaha inanan bütün mömin bəndələrin vəzifəsi  Fələstinin yırtıcı təbiətli sionistlərin çəngindən xilas edilməsi amalı üzərində möhkəm durub mübarizə aparmaqdır. Belə olan halda, Allahın lütfü ilə, Qüdsün azad edilməsi saleh bəndələrin hakimiyyətinin və ədalətin bərqərar edilməsinin başlanğıcı olacaq!”


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /