Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Şəhre-kord şəhərinin imam-cüməsini təyin etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günortadan sonra imzaladığı sərəncamla Höccətül-İslam Məhəmmədəli Nekunamı Şəhre-kord şəhərinin imam-cüməsi və vəli-fəqihin Çəharməhal və Bəxtiyari vilayəti üzrə nümayəndəsi təyin etdi.

Sərəncamın tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Cənab Höccətül-İslam Hacı Şeyx Məhəmmədəli Nekunam,

Cənab Höccətül-İslam Naseri xalqa xidmətini artıq Yəzd şəhərində davam etdirdiyi üçün imam-cümə və imam-camaat postlarında dəyərli xidmətlərə imza atmış cənabınızı Şəhre-kordun imam-cüməsi, habelə Çəharməhal və Bəxtiyari vilayəti üzrə öz nümayəndəm təyin edirəm.

Bu şəhər və vilayətin mömin, səmimi, cəsur və inqilabçı əhalisi İslam İnqilabı boyunca baş vermiş müxtəlif hadisələr zamanı daim müqəddəs İslam dövlətinin havadarlarından və sadiq dostlarından olmuş, tarixdə özü ilə bağlı xoş xatirələr buraxmışdır. Ümidvaram, cənabınızın həmin regionda vəzifə postu tutduğu dövr bu əziz camaatın istiqamətləndirilməsi, müsbət fəaliyyəti baxımından faydalı və mübarək bir etap olacaq. Sizə, özəlliklə, şəhərin enerji dolu, inqilabi əhval-ruhiyyəli gəncləri ilə həmrəy olub həmkarlıq etməyi, onlara ideoloji cəhətdən yardımçı olmağı tövsiyə edirəm. Uca Tanrıdan hamıya mənəvi dəstək olmasını, Öz lütfünü bizdən əsirgəməməsini diləyirəm.

Allahın salamı və mərhəməti nəsibiniz olsun!

Seyid Əli Xamenei
30 avqust, 1390-cu il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /