Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

1218 məhkumun əfvinə, yaxud cəzasının yüngülləşdirilməsinə razılıq verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mübarək Ramazan bayramının yaxınlaşması ilə əlaqədar olaraq, Ümumi və İnqilab Məhkəmələri, Hərbi Tribunal və İqtisadi Cinayətlər Komitəsi tərəfindən mühakimə edilmiş 1218 nəfərin cəzasının əfv edilməsinə, yaxud yüngülləşdirilməsinə razılıq verdi.

Mübarək Ramazan bayramı ərəfəsində Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricani müvafiq tələblərə cavab verdikləri Əfv və Amnistiya Komissiyası tərəfindən müəyyən edilmiş 1218 məhkumun əfvi, yaxud cəzasının yüngülləşdiriləsi ilə əlaqədar Ali Məqamlı Rəhbərə məktubla müraciət etmişdi. Ali Məqamlı Rəhbər Məhkəmə Hakimiyyəti sədrinin məktubunu müsbət cavablandırdı.







Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /