Ali Məqamlı Rəhbərin informasiya bloku

Əmirəlmöminin Əlinin (ə) şəhadətinə həsr edilmiş əza mərasimi keçirildi

Bu gün (bazar ertəsi) günorta xalqın müxtəlif təbəqələrinin nümayəndələrinin və İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə fəzilət sahiblərinin öndəri, imamlar atası Əli ibn Əbitalibin (ə) məzlumcasına şəhid edilməsinin ildönümü ilə əlaqədar matəm mərasimi keçirildi.

Mərasim zamanı iştirakçılar zöhr namazını birgə surətdə qıldıqdan sonra müttəqilərin mövlası Əli ibn Əbitalibin məzlumca və müsibətli şəhadətini anaraq göz yaşı axıtdılar.

Xatırladaq ki, Həzrət Əmirəlmöminin Əlinin (ə) xatirəsinə həsr olunmuş matəm mərasimi mübarək Ramazan ayının 19, 20 və 21-ci günlərində İmam Xomeyni (r.ə) adına hüseyniyədə keçirildi.






Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /