Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Fars şeri yenidən yüksəliş və çiçəklənmə dövrünə qədəm qoyacaq!

Əhli-Beytin kərimi İmam Həsən Müctəbanın (ə) təvəllüd gecəsində İmam Xomeyni (r.ə) adına hüseyniyə mədəniyyət və incəsənət adamlarına, ölkənin qocaman və gənc şairlərinə, həmçinin Əfqanıstan və Tacikistanın farsca yazan qələm əhlindən bir qrupuna ev sahibliyi etdi. Görüş zamanı İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei hazırkı dövrün və regionda baş qaldırmış islami oyanışın spesifik xüsusiyyətlərini şərh edərək dedi: “Bu dəyişikliklər İran xalqının möhtəşəm hərəkatının təsiri ilə əmələ gəlib. Şairlər bu vəziyyəti dərk etməli, İslam İnqilabının mahiyyətinə və diskursuna sadiq qalmaqla yanaşı, İran xalqının başqa xalqlara örnək olması üçün vacib şərt kimi, öz dini bilgilərini də dərinləşdirməlidirlər”.

Ali Məqamlı Rəhbərin çıxışından öncə şairlərdən bir qrupu əxlaqi, dini, siyasi, inqilabi, ictimai və islami oyanış mövzusunda yazdıqları şer parçalarını oxudular.

Görüş əsnasında Həzrət Ayətullah Xamenei ölkədə poeziya sahəsində ümumilikdə mütərəqqi bir hərəkatın həyata keçirilməkdə olduğunu deyərək əlavə etdi: “Hazırkı dövr fars şerinin yenidən yüksəliş və çiçəklənmə dövrünə qədəm qoyacağını müjdə verir”.

Müasir İran poeziyasını 200 il ərzində yüksəliş dövrünü yaşamış hind üslubu dövrü ilə müqayisə edən Ali Məqamlı Rəhbər qeyd etdi ki, bu iki mərhələnin oxşar olan iki qabarıq xüsusiyyəti şairlərin say çoxluğu və şerin məzmunundakı novatorluqdur.

“Hal-hazırda ölkədə qocaman və gənc şairlərin əvvəllər heç vaxt rast gəlinməmiş say çoxluğu müşahidə olunur” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İslam İnqilabı maarif və incəsənəti xalqın, cəmiyyətin arasına gətirdi. 30 illik bu üslub davam etdirilsə, şairlərimizin sayı ötən bütün dövrlərlə müqayisədə dəfələrlə çox olacaq”.

Müasir İran poeziyasının ikinci spesifik cəhəti haqda danışan Həzrət Ayətullah Xamenei dedi: “Heç bir dövrdə şerin məzmununda bu qədər yeniliyə rast gəlinməyib. Təbii ki, yeni məzmun yarandıqda ardınca yeni forma gətirir və şerin dili tədricən daha da püxtələşərək möhkəmlənir”.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /