Ali Məqamlı Rəhbərin informasiya bloku

2 avqust Mübarək Ramazan ayının ilk günüdür

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi rəsmi elamnamə ilə çıxış edərək məlumat vermişdir ki, mübarək Ramazan ayının hilalının gözlə göründüyü sübuta yetirilmədiyi üçün 1 avqust – bazar ertəsi günü şəban ayının son günüdür.  

Elamnamənin mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Bütün imanlı qardaş və bacıların, o cümlədən nəcib İran xalqının diqqətinə çatdırırıq ki, mübarək Ramazan ayının ilk gününün təyin olunmasının əhəmiyyətini nəzərə alaraq ölkənin hər yerində çoxsaylı qruplar yeni ayın hilalını izləməyə çalışmış, lakin ayın görünməsi ilə bağlı mötəbər və inandırıcı bir məlumat alınmamışdır. Bu səbəbdən də şəriət qayda-qanunlarına əsasən, bazar ertəsi gecəsi yeni ayın hilalının gözlə göründüyü Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei üçün sübuta yetməmişdir. Möminlər bu günü – 1 avqust, bazar ertəsi gününü şəban ayının son günü hesab etsinlər, savab qazanmaq istəyən şəxslər bu günün orucunu müstəhəb, yaxud qəza orucu niyyəti ilə tutsunlar. 

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir!

700 /