İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu səhər imzaladığı fərmanla Hüccətül-islam Məhəmmədrza Nasirini Yəzdin İmam-cüməsi və Vəli Fəqihin həmin vilayətdəki nümayəndəsi təyin etmişdir.
Fərmanının tam mətni belədir:
Mehriban və bağışlayan Allahın adı ilə!
Cənab Hüccətüllah Hacı Şeyx Məhəmmədrza Nasiri!
Yəzdin mərhum İmam cüməsi cənab Hüccətül-İslam Hacı Şeyxin xatirəsini dini və ictimai sahələrdə göstərdiyi xidmətlərə görə yad edirik və onun ruhunun daha üstün dərəcələrə yüksəlməsi üçün dua edirik. Sizin yüksək dərəcəli elminizi və əməllərinizi nəzərə alaraq siz alicənabı bu vəzifəyə təyin edirəm. Tanınmış ruhani alimlərlə, şad və inqilabçı gənclərlə, dini hövzələrlə tanınan Yəzdin və sədaqətli, mömin insanlarla dolu olan bu şəhərin İmam cüməsi olaraq hökm sürən dini atmosferin daha da gücləndirilməsi, insanların dini, ictimai və elmi fəaliyyətlərini genişləndirmək üçün xidmətləri yüksək səviyyədə həyata keçirilməlidir. Siz alicənab öz xidməti vəzifələrinizi həyata keçirəndə mehriban gənclərin, məsul şəxslərin və dini hövzələrin köməyindən, əziz xalqın, alimlərin və məsul şəxslərin bacarıqlarından xeyir, bərəkət və ilahi uğurun açarı kimi yararlanarsız İnşaallah.
Vəssalamu əleykum və rəhmətullahi və bərəkatuhu
Seyyid Əli Xamenei
28 iyul, 2011-ci il
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir